Page 159 - Ferdinand de Sössür_Layout 1
P. 159
Ümumi dilçilik kursu
Sözlәr barәsindә yuxarıda deyilәnlәr dilin bütün hadi -
sәlәrinә, mәsәlәn, qrammatik kateqoriyalara da aiddir. Mә -
sәlәn, deyәk ki, fransız cәm halının dәyәrliliyi sanskritdәki
cәm halın dәyәrliliyilә eyni deyildir, lakin onların mәnası çox
vaxt uyğun gәlir : lakin iş burasındadır ki, sanskritdә kәmiy -
yәtin iki yox, üç forması var (“mәnim gözlәrim”, “mәnim
qulaqlarım”, “mәnim әllәrim”, “mәnim ayaqlarım” sans -
kritdә cütlük bildirәn kәmiyyәt formasına malikdir). Ona
görә dә sanskrit vә fransız dillәrindә cәm halın eyni dәyәrl i -
likdә olduğunu qeyd etmәk dәqiq olmazdı, çünki sanskrit
dilindә cәm halı heç dә fransız dilindә istifadә edildiyi bütün
mәqamlarda işlәnmir – demәli, cәm halın dәyәrliliyi sistemdә
onun әtrafinda olanlardan asılıdır.
Əgәr sözlәr әvvәlcәdәn verilmiş anlayışların ifadәsinә
xidmәt etsәydi, onların hәr biri istәnilәn dildә dәqiq mәna
uyğunluğunu tapardı – hәqiqәtdә isә belә deyil. Fransızca “ev
tutmaq”, hәm dә “evi tәhvil vermә” mәnasında louer (une
maison) deyirlәr, halbuki alman dilindә bunun üçün iki söz:
mieten ‘ ev tutmaq’ vә vermieten ‘tәhvil vermәk’ işlәnir –
belәliklә, dәyәrliliklәrin dәqiq uyğunluğu alınmır. Alman
feillәri schätzen ‘qiymәtlәndirmәk’ vә urteilen ‘mühakimә
etmәk’ ümumiyyәtlә vә bütövlükdә estimer ‘qiymәtlәn -
dirmәk’ vә juger ‘mühakimә etmәk’ sözlәrinin mәnalarına
uyğun gәlәn mәna mәcmusunu tәqdim edir – bununla belә,
çox hallarda hәmin uyğunluğun dәqiqliyi pozulur.
Sözdәyişdirmә bu baxımdan xüsusilә heyrәtedici nü -
munәlәr verir. Zamanların bizim adәt etdiyimiz müstә qilliyi
bәzi dillәrә yaddır: qәdim yәhudi dilindә keçmiş, indiki vә
gәlәcәk zamanlara görә әn әsas fәrqlәndirmә belә yoxdur.
Pragerman dilindә gәlәcәk zaman üçün xüsusi forma yoxdur;
deyәndә ki bu dildә gәlәcәk zaman indiki zaman vasitәsilә
verilir, düz çıxmır, belә ki, pragerman dilindә indiki zamanın
dәyәrliliyi onun indiki zamanla yanaşı gәlәcәk zamanın
olduğu dillәrdәki dәyәrliliyinә bәrabәr deyil. Slavyan dillәri
feildә ardıcıl olaraq iki tәrzi fәrqlәndirir: bitmiş tәrz hәrәkәti 159
hәr cür inkişafdan kәnarda nә isә bir nöqtә kimi, yekunlaşmış