Page 162 - Ferdinand de Sössür_Layout 1
P. 162
Ferdinand de Sössür
deίknȗmi ‘göstәrirәm’: edeίknȗn ‘göstәrdim’). Göstәrilәn işa -
rәlәr, demәli, daxili dәyәrlilik hesabına deyil, sistemin başqa
üzv lәrinә münasibәtdәki mövqelәri hesabına funksiya da -
şıyır.
Buna görә dә maddi element olan sәs öz-özlüyündә dilә
mәnsub ola bilmәz. Dil üçün o, nәsә ikinci dәrәcәlidir, yalnız
dilin istifadә etdiyi xammaldır. Ümumiyyәtlә, bütün şәrti
dәyәrliliklәr mәhz belә bir әlamәtlә sәciyyәlәnir ki, onlara
dayaq kimi xidmәt edәn, ancaq hissi olaraq qәbul olunan ele -
mentlә qarışıq düşmәsin. Deyәk ki, dәmir pulun qiymәt lili -
yini heç dә metal müәyyәn etmir: nominal qiymәti beş frank
olan gümüş ekü yalnız hәmin qiymәtin yarısı dәyәrindә
gümüşә malikdir. Üzәrindә hәkk edilmiş tәsvirdәn, daxilindә
tәdavüldә olduğu siyasi hüdudlardan asılı olaraq o bir qәdәr
çox, yaxud az dәyәrә dә malik ola bilәr. Eyni şeyi daha böyük
israrla dildәki öz mahiyyәti etibarilә heç dә nәsә sәsli ol-
mayan işarәlәyәn barәsindә demәk mümkündür – işarәlәyәn
dildә qeyri-cismanidir, onu yaradan maddi substansiya deyil,
istisnasız olaraq, onun akustik obrazını başqa akustik obraz -
lardan ayıran fәrqlәrdir.
Bu prinsip o qәdәr böyük әhәmiyyәtә malikdir ki, fonem
dә daxil olmaqla dilin bütün maddi elementlәrinә münasi bәt -
dә fәaliyyәt göstәrir. Hәr dil sözlәrini hәr biri aydın seçilәn
vahid lәrdәn ibarәt, sayı dәqiq müәyyәnlәşmiş sәs element -
lәrinin sistemi әsasında yaradır. Vә onların hәr biri, düşü -
nüldüyü kimi, onlara aid olmayan müsbәt keyfiyyәtlә deyil,
istisnasız olaraq başqalarına qarışmamaqla sәciyyәlәnir.
Fonemlәr – hәr şeydәn әvvәl, oppozitiv, nisbi vә neqativ
mahiyyәtlәrdir.
Müәyyәn sәsi başqalarından ayıran hüduda riayәt etmәk
şәrti ilә danışanın bu vә ya digәr sәsi tәlәffüz edәrkәn istifadә
elәdiyi sәrbәstlik bunu sübut edir. Mәsәlәn, fransızca, demәk
olar ki, hamının ümumi adәt üzrә ötәri r tәlәffüzü ayrı-ayrı
şәxslәrin onu gurultu ilә tәlәffüz etmәsinә mane olmur. Dil
162
bundan heç nә itirmir, o, ancaq fәrqlәndirmә tәlәb edir, ağıla