Page 160 - Ferdinand de Sössür_Layout 1
P. 160
Ferdinand de Sössür
halda; bitmәmiş tәrz isә – hәrәkәti yekunlaşma prosesindә,
zaman xәtti üzәrindә tәqdim edir. Hәmin kateqoriyalar
fransızı çәtinliyә salır, çünki onun dilindә belә şey yoxdur.
Əgәr onlar әvvәlcәdәn nәzәrdә tutulmuş olsaydı (dildәn asılı
olmayaraq), hәmin çәtinliklәr olmazdı. Bütün bu hallarda,
biz, nәticә etibarilә, әvvәlcәdәn verilmiş anlayışlar yerinә, dil
sisteminin özündәn gәlәn dәyәrliliklәrlә rastlaşırıq. Onların
anlayışlara uyğun gәldiyini deyәndә düşünmәk lazımdır ki,
bu uyğunluq tamamilә diferensialdır, yәni mәzmuna әsasәn
pozitiv (müsbәt) deyil, mәnfi (neqativ) xassәyә (sistemin
başqa üzvlәrinә münasibәtә әsasәn) görә müәyyәn lәşdi ri -
lirlәr. Onların daha dәqiq sәciyyәsi belәdir: başqalarının ol -
madığından ol.
İşarәlәrin sxeminin gerçәk izahı buradan aydın olur:
Bu sxem göstәrir ki, “mühakimә etmәk” anlayışı
mühakimә etmәk akustik obrazı ilә bağlıdır – bir sözlә, sxem
mәnanı әks etdirir. Öz-özlüyündә aydındır ki, “mühakimә
etmәk” anlayışında başlanğıcda heç nә yoxdur – o, yalnız
eyni sıradan olan başqa dәyәrliliklәrә münasibәti ilә
müәyyәn olunan dәyәrlilikdir ki, onlarsız mәna mövcud ola
bilmәzdi. Mәn sadәlik xatirinә “bu vә ya digәr söz hansısa
mәnanı verir” deyәndә, akustik obrazın anlayışla әlaqәsindәn
çıxış edәndә bununla yalnız müәyyәn dәrәcәdә haqlı oldu -
ğumu, hәqiqәt barәdә müәyyәn tәsәvvür yarana bilәcәyini
tәsdiq edirәm, bununla yanaşı, heç bir halda dil faktını bütün
mahiyyәti, bütün tamlığı ilә ifadә etmirәm.
160