Page 161 - Ferdinand de Sössür_Layout 1
P. 161
Ümumi dilçilik kursu
§3. Dil dәyәrliliyi maddi baxımdan
Konseptual baxımdan olduğu kimi istisnasız olaraq,
dәyәrliliyin maddilik baxımı da dilin başqa elementlәri ilә
münasibәtlәrdәn vә fәrqlәrdәn yaranır. Sözdә zәruri olan öz-
özlüyündә sәs deyil, bu sözü başqalarından ayırmağa imkan
verәn elә sәs fәrqlәnmәlәridir ki, mәhz mәnanın daşıyıcıları
onlardır.
Bu iddia anlaşılmazlıq yarada bilәr: әslindә, heç başqa
cür ola da bilmәz. İfadә edilmәli olunan sәs obrazından yax -
şı ifadә edәn olmadığından, artıq a priori aydındır ki, dilin
istә nilәn seqmenti, nәticә etibarilә, özünün yalnız bütün yer -
dә qalanlarla fәrqlәnmәsinә әsaslana bilәr. Sәrbәstlik vә
diferensiallıq iki korrelyativ xüsusiyyәtin mahiyyәtidir.
Dil işarәlәrinin dәyişkәnliyi hәmin korrelyativliyә yaxşı
sübutdur. A : b münasibәtinin hәr bir üzvü onun işarәvilik
funksiyasından asılı olmayaraq qanuni dәyişmә azadlığını
mәhz ona görә qoruyub saxlayır ki, a vә b mahiyyәtlәri
etibarilә öz-özlüyündә şüur sferasına daxil ola bilmәz – şüur
hәmişә ancaq a : b fәrqini qәbul edir. Rusca yiyәlik halın
cәmi pyk heç bir konkret әlamәt daşımır, bununla belә, pyka:
– pyk forma cütlüyü funksiyasını ondan әvvәlki tarixi cütlük
pyk: – pyкъ kimi dәqiq yerinә yetirir. Vә bu ona görә belәdir
ki, dildә yalnız bir işarәnin o birindәn fәrqlәnmәsi zәruridir;
pyk: – pyka forması ancaq ona görә dәyәrliliyә malikdir ki,
başqa formalardan fәrqlәnir. Başqa bir misal sәs fәrqlәrinin
hәmin funksiya daşımasında sistemliliyin nә qәdәr zәruri
olduğunu daha yaxşı göstәrir: hәr iki formanın eyni üsulla
әmәlә gәlmәsinә baxmayaraq yunan dilindә ėphėn – imper-
fekt, ėstėn isә aoristdir; bu onunla izah edilir ki, onlardan bi -
rin cisi phėmi ‘danışıram’ feilinin xәbәr formasının indiki
zaman sisteminә aiddir, halbuki *stėmi-in indiki zamanı yoxdur.
Bununla belә, mәhz phėmi : ėphen münasibәti indiki zamanla 161
imperfekt arasındakı münasibәtә cavab verir (mü qa yisә et: