Page 166 - Ferdinand de Sössür_Layout 1
P. 166
Ferdinand de Sössür
odur. Müxtәliflik fәrqlәndirici әlamәti, o da dәyәrliliyi vә
vahidi yaradır.
Hәmin prinsipdәn bir qәdәr paradoksal olan başqa bir
nәticә dә çıxır; adәtәn “qrammatik fakt” adlandırılan şey
axırda vahidlәrin tәyinatına uyğun gәlir, belә ki, o hәmişә
sistem üzvlәrinin qarşılaşmasını ifadә edir : sadәcә olaraq,
bu halda qarşılaşma xüsusilә әhәmiyyәtli görünür. Mәsәlәn,
alman dilindә cәm halınıın Nacht : Nächte tipindә yaranmasını
götürәk. Hәmin qrammatik qarşılaşmanın (umlautsuz vә
sondakı e-siz tәk halın umlautlu vә e-li cәm hala qarşı
qoyulması) hәr bir üzvünün özü sistem daxilindә qarşılıqlı
tәsirә malik qarşılaşmanın bütöv sırası ilә yaranır. Ayrılıqda
götürüldükdә nә Nacht, nә dә Nächte heç bir әhәmiyyәt
daşımır: demәli, bütün mәsәlә qarşılaşmadadır. Başqa sözlә,
Nacht: Nächte münasibәtini a : b cәbr formulu ilә ifadә etmәk
olur ki, burada a vә b müәyyәn münasibәtin sadә üzvlәri
deyil, onların mәcmu sırasının nәticәsidir. Dil, necә deyәrlәr,
elә cәbrdir ki, burada sistemin yalnız mürәkkәb üzvlәri
mövcuddur. Onun malik olduğu qarşılaşmalar arasından
bәzilәri o birilәrindәn daha әhәmiyyәtlidir, lakin “vahid” vә
“qrammatik fakt” yalnız eyni hadisәnin müxtәlif aspekt lә -
rinin ifadәsi üçün işlәdilәn müxtәlif adlardır – hәmin ha -
disәnin özü isә dil qarşılaşmalarının tәsirlәrindәn ibarәtdir.
Bu o dәrәcәdә doğrudur ki, vahid probleminә qrammatikanın
fakt ları baxımından yaxınlaşmaq mümkün olsun. Bu zaman
Nacht: Nächte qarşılaşmasını qurub öz-özündәn soruşmaq
lazım gәlәrdi ki, hәmin qarşılaşmada hansı vahidlәr iştirak
edir: yalnız verilmiş iki sözmü, yaxud bu cür sözlәrin bütün
sırasımı; a ilә ä, yoxsa hәr iki kәmiyyәtin bütün formalarımı
vә s.?
Əgәr dil işarәlәri müxtәlifliklәrdәn başqa nәsә digәr
şeydәn ibarәt olsaydı, vahidlәr vә qrammatik faktlar üst-üstә
düşmәzdi. Dil mәhz belә olduğuna görә, hansı tәrәfdәn
yanaşılırsa, onda sadә heç bir şey tapmaq mümkün deyil:
166
hәmişә, hәr yerdә dil sistem üzvlәrinin bir-birini şәrtlәndirәn