Page 171 - Ferdinand de Sössür_Layout 1
P. 171
Ümumi dilçilik kursu
oluna bilmәz, onlar әnәnәyә görә hazır şәkildә nәsildәn-nәslә
ötürülür. O sözlәri dә nümunә göstәrmәk olar ki, tamamilә
tәhlilә gәlsәlәr dә, yalnız әnәnә әsasında mühafizә olunan
hansısa morfoloji anomaliya ilә sәciyyәlәnirlәr (müqayisә et:
difficultė ‘çәtinlik’ – facilitė ‘yüngüllük’, mourrai ‘ölürәm’ –
dormirai ‘yatacağam’).
Lakin mәsәlә bununla bitmir. Müәyyәn qayda ilә qurulan
sintaqmların bütün tiplәrini nitqә deyil, dilә aid etmәk
lazımdır. Əslindә, dildә mücәrrәd heç bir şey olmadığından,
hәmin tiplәr ancaq o halda mövcud ola bilәr ki, nümunәlәri
dildә kifayәt qәdәr qeydә alınmış olsun. Əgәr nitqdә
indėcorable kimi improvizasiya meydana gәlirsә, müәyyәn
tip tәqdim edir ki, bu, öz növbәsindә, dilә aid olan kifayәt
qәdәr oxşar sözlәrin yaddaşda mövcudluğu sayәsindә
mümkündür (mәsәlәn, impardonnable ‘bağışlanmaz’,
intolėrable ‘dözülmәz’, infatigable ‘yorulmaz’ vә s. ). Eyni
şeylәri müәyyәn şablonla tәrtib edilmiş cümlәlәr vә söz
birlәşmәlәri haqqında da demәk lazımdır : la tene tourne ‘yer
firlanır’, que vous dit- il? ‘sizә nә dedi? ’ kimi birlәşmәlәr
danışanların yaddaşında qorunaraq, öz növbәsindә, dilә aid
olan ümumi tiplәrә uyğundur.
Lakin etiraf etmәk lazımdır ki, sintaqm sahәsindә kollek-
tiv әnәnә ilә möhkәmlәnәn dil faktı vә fәrdi azadlıqdan asılı
olan nitq faktı arasında kәskin sәrhәd yoxdur. Çox halda
vahidlәrin verilmiş kombinasiyasını buna, yaxud o birinә aid
etmәk çәtinlik törәdir; ona görә ki, hәmin kombinasiyanın
yaranmasında hәr iki fakt, hәm dә elә bir nisbәtdә iştirak edir
ki, müәyyәnlәşdirmәk mümkün olmur.
171