Page 173 - Ferdinand de Sössür_Layout 1
P. 173
Ümumi dilçilik kursu
Bununla belә, assosiativ sıranın bu iki xüsusiyyәtindәn
(ardıcıllığın qeyri-müәyyәn, sayın mәhdud olması) biri –
yalnız birincisi hәmişә göz qabağındadır; ikincisi olmaya
bilәr, mәsәlәn, hәmin sıra üçün sәciyyәvi olan sözdәyişmә
paradiqmasında özünü doğrultmaya bilәr. Latın dominus,
dominǏ, dominȏ, vә s. sırası domin ad әsaslı ümumi elementdәn
yaranmış assosiativ qrupdur, lakin bu sıra enseignement,
changement vә s. sırası kimi qeyri-mәhdud deyil; halların sayı
ciddi şәkildә müәyyәn olunmuş, lakin ardıcıllığı müәyyәn -
lәşmәmişdir – onların bu vә ya digәr şәkildә qruplaşdırılması
istisnasız olaraq qrammatika müәlliflәrinin iradәsindәn
asılıdır: danışanların şüurunda adlıq hal hallanmada heç dә
birinci deyil, paradiqmanın üzvlәri bu vә ya digәr ardıcıllıqda
xalis tәsadüf әsasında tәzahür edә bilәr.
173