Page 178 - Ferdinand de Sössür_Layout 1
P. 178
Ferdinand de Sössür
sintaqmatik tipdә dәyişirik; mәsәlәn: que te dit- il? ‘o sәnә nә
deyir?’, que nous dit- il? ‘o bizә nә deyir?’ vә s. nәticә etibarilә,
bizim seçim vous ‘sizә’ әvәzliyi üzәrindә dayanır. Belәliklә,
arzu olunan nöqtәdә arzu olunan diferensiasiyaya gәtirmәyәn
hәr şeyin әqlin müdaxilәsilә kәnarlaşdırılmasından ibarәt
hәmin әmәliyyat hәm assosiativ qruplara, hәm dә sintaqmatik
tiplәrә tәsir edir.
Başqa tәrәfdәn, әksolunmanın vә seçimin bu üsuluna –
fonoloji elementlәrә qәdәr – dәyәrlilik qazanan әn kiçik
vahidlәr dә tabedir. Biz yalnız mәna fәrqinin tәsadüfәn bir
fonem üzәrinә düşdüyü fransızca pәtit (petite yazılır) ‘kiçik
(kişi cinsi)’ ilә yanaşı pәti (petit yazılır) ‘kiçik (qadın cinsi)’,
yaxud latınca dominǏ ‘cәnabı’ ilә yanaşı dominö ‘cәnaba’ vә
s. hallarını nәzәrdә tutmuruq; eyni zamanda daha sәciyyәvi
vә mürәkkәb olan o halları nәzәrdә tuturuq ki, fonem öz-
özlüyündә dilin müәyyәn vәziyyәtdәki sistemindә mühüm
rolunu oynayır. Mәsәlәn, әgәr yunan dilindә m, p, t vә s. heç
zaman söz sonunda işlәnmirlәrsә, bu o demәkdir ki, onların
bu vә ya digәr yerdә işlәnib-işlәnmәmәsi hәm sözün, hәm dә
cümlәnin quruluşunda hesaba alınır. Axı bütün bu cür
hallarda, bütün başqa dil vahidlәri kimi, tәcrid olunmuş sәs
ikili mәna qarşılaşması nәticәsindә seçilir: deyәk ki, tәsәvvür
olunan anma birlәşmәsindә m sәsi onu әhatә edәn sәslәrlә
sintaqmatik vә şüurda meydana çıxa bilәn nә varsa, hamısı
ilә assosiativ qarşılaşmadadır:
a n m a
v
d
178