Page 174 - Ferdinand de Sössür_Layout 1
P. 174
Ferdinand de Sössür
VI fәsil
DİLİN MEXANİZMİ
§ 1. Sintaqmatik birlik
Demәli, dili yaradan sәs vә mәna fәrqlәrinin yekunu iki
cür yaxınlaşmanın nәticәsidir: assosiativ, sintaqmatik. Hәr
ikisi әhәmiyyәtli dәrәcәdә dilin özü tәrәfindәn müәyyәn
edilir: mәhz hәmin münasibәtlәrin yekunu dili tәşkil edir,
onun fәaliyyәtini müәyyәnlәşdirir.
Bu mütәşәkkillikdә bizi heyran edәn ilk hadisә – sintaq -
matik birlikdir: dilin bütün vahidlәri ya nitq axınında onları
әhatә edәnlәrdәn, ya da özlәrinin tәrkib hissәlәrindәn asılı
vәziyyәtdәdir.
Söz yaradıcılığı buna әn yaxşı misaldır. Dėsireux ‘yanğılı’
vahidi aşağı sәviyyәnin iki vahidinә bölünür (dėsir-eux).
Lakin bu, sadәcә biri o birinә qoşulmuş iki müstәqil hissә
(dėsir+ eux) deyil, yalnız qarşılıqlı tәsir sayәsindә daha
yüksәk sәviyyә vahidindә (dėsir x eux) dәyәrlilik qazanmış
qarşılıqlı әlaqәdә olan iki elementin birlәşmәsi, yaxud
mәhsuludur. Eux şәkilçisi öz-özlüyündә mövcud deyil, dildә
chaleur-eux ‘çılğın’, chans-eux ‘bәxtәvәr’ vә s. kimi sözlәrin
bütöv sırası hesabına öz yerini alır. Sözün kökü dә avtonom
deyil, o da şәkilçi ilә birlәşmәsi hesabına mövcuddur: roul-
is ‘yırğalama’ sözündә roul- elementi ona qoşulan -is şәkilçisi
olmadan heç nә deyil. Bütövün dәyәrliliyi onun hissәlәri ilә,
hissәlәrin dәyәrliliyi onların bütövdәki yeri ilә müәyyәn
olunur. Ona görә dә hissәnin bütövlә sintaqmatik münasibәti
bütövün hissәlәri arasındakı münasibәt qәdәr mühümdür.
Yuxarıda sadalanmış bütün sintaqmlarda tәzahür edәn
174 ümumi prinsip bundan ibarәtdir: biz hәr yerdә daha kiçik
tәrkib hissәlәrindәn tәşkil olunmuş daha böyük vahidlәrlә