Page 172 - Ferdinand de Sössür_Layout 1
P. 172
Ferdinand de Sössür
§ 3. Assosiativ münasibәtlәr
Şüurumuzda yaranan assosiativ qruplar nә isә ümumi
әlamәtә malik münasibәt üzvlәrinin yaxınlaşması ilә mәh -
dudlaşmır – ağıl әlaqәlәndiricilәrin sәciyyәsini münasi -
bәtlәrin hәr bir halında qavrayır vә bununla da münasibәtlәr
müxtәlifliyi qәdәr assosiativ sıra yaradır. Deyәk ki,
enseignemerıt ‘tәlim’, enseigner ‘tәlim vermәk’, enseignons
‘tәlim veririk’ vә s.-dә münasibәtin bütün üzvlәri üçün
ümumi element – söz kökü vardır. Lakin hәmin enseignement
başqa bir elementin – şәkilçinin ümumiliyi ilә sәciyyәlәnәn
başqa bir sıraya da düşә bilәr: enseignement ‘tәlim vermә’,
armement ‘silahlanma’, changement ‘dәyişdirmә’ vә s. Assosi-
asiya hәmçinin tәkcә işarәlәnәnin oxşarlığına (enseignement
‘tәlim’, instruction ‘tәlimat’, apprentissage ‘tәlim’, ėducation
‘tәhsil’ vә s.), yaxud istisnasız olaraq akustik obrazların ümu -
miliyinә (mәsәlәn: enseignement ‘tәlim’ vә justement ‘әdalәtli’ )
dә әsaslana bilәr. Belәliklә, ya hәm mәnaya, hәm dә formaya,
ya ancaq formaya, ya da ancaq mәnaya görә ümumilik göz
qabağındadır. İstәnilәn söz hәmişә onunla bu vә ya digәr
surәtdә assosiasiyaya qadir olan hәr şeyi yada sala bilәr.
Bir-birini әvәz edәn elementlәrin, assosiativ qrup tәşkil
edәn üzvlәrin ardıcıllığı vә müәyyәn sayı barәdә tәsәvvür
yaratmaq istәsә dә, sintaqm şüurda nә müәyyәn kәmiyyәtdә,
nә dә müәyyәn qaydada verilir. Əgәr dėsir- aux ‘yanğılı’,
chaleur- eux ‘çılğın’ vә s. kimi sözlәrә assosiativ sıra seçmәyә
başlasaq, әvvәlcәdәn demәk olmaz ki, yaddaşın diktә etdiyi
sözlәrin sayı nә qәdәr olacaq vә onlar hansı qaydada ortaya
çıxacaq. Qrupun istәnilәn üzvünә özünәmәxsus bir şәkildә
ulduzlar bürcünün mәrkәzi kimi, nöqtә kimi baxmaq olar ki,
burada başqaları – sayı qeyri-mәhdud olan qrup üzvlәri
onunla koordinasiya edilir:
172