Page 175 - Ferdinand de Sössür_Layout 1
P. 175
Ümumi dilçilik kursu
rastlaşırıq, bunlar qarşılıqlı әlaqә münasibәtindәdir vә birlik
yaradır.
Doğrudur, nә öz tәrkib hissәlәri, nә dә başqa vahidlәrlә
sintaqmatik münasibәtdә olmayan müstәqil dil vahidlәri dә
var: oui ‘bәli’, non ‘xeyr’, merci ‘sağ ol’ vә s. kimi cümlә
ekvivalentlәri buna әn yaxşı nümunә ola bilәr. Lakin әslindә,
istisna tәşkil edәn bu fakt ümumi prinsipi gözdәn salmaq
üçün kifayәt deyil. Bir qayda olaraq, biz tәcrid olunmuş
işarәlәrlә yox, öz növbәsindә işarәlәrdәn ibarәt çoxluqlardan
tәşkıl olunmuş işarә birlәşmәlәri ilә danışırıq. Dildә hәr şey
fәrqliliklәrә, lakin onlarda da hәr şey eyni dәrәcәdә qruplaş -
malara gәtirib çıxarır. Özünü bir-birinin ardınca gәlәn sıralar
kimi tәqdim edib münasibәt üzvlәrinin müәyyәn funksi ya -
larını yerinә yetirәn bu mexanizm ayrı-ayrı hissәlәri qarşılıqlı
әlaqәdә olan maşının işini xatırladır – fәrq yalnız ondadır ki,
hәmin mexanizmin üzvlәri bir ölçü üzrә yerlәşir.
175