Page 179 - Ferdinand de Sössür_Layout 1
P. 179
Ümumi dilçilik kursu
§3. İşarәnin mütlәq vә nisbi sәrbәstliyi
Dilin mexanizmi olduqca vacib başqa bir baxış buca -
ğında da tәqdim oluna bilәr.
Hәr bir dildә işarә sәrbәstliyinin әsas prinsipi kökündәn
sәrbәst, yәni motivlәnmәmiş olanı yalnız nisbi sәrbәst olan-
dan fәrqlәndirmәyә mane olmur. İşarәlәrin ancaq müәyyәn
hissәsi mütlәq sәrbәstdir; başqa işaralәrdә isә elә әlamәtlәr
var ki, hәmin sәrbәstliyi müxtәlif dәrәcәlәrә aid etmәk olar:
işarә rtisbi motivlәnә bilәr.
Deyәk ki, vingt ‘iyirmi’ motivlәnmәmişdir, ancaq dix-neuf
‘on doqquz’ nisbәtәn, az dәrәcәdә motivlәnmişdir, çünki o,
hәm tәrtib olunduğu, hәm dә assosiasiyaya girdiyi sözlәr,
mәsәlәn, dix ‘on’, neuf ‘doqquz’ vingt-neuf ‘iyirmi doqquz’,
dix-huit ‘on sәkkiz’ vә s. barәdә tәsәvvür yaradır: ayrıca
götürülmüş dix vә neuf da vingt kimi sәrbәstdir, dix-neuf isә
nisbi motivlәnmә halını nümayiş etdirir. Eyni şeyi fransızca
poirier ‘armud ağacı’ barәdә dә demәk olar: bu söz sadә söz
olan poire ‘armud’u yada salır, onun şәkilçisi -ier isә
yaddaşda pommier ‘alma ağacı’, cerisier ‘albalı ağacı’ vә s.
oyadır. FrĞne ‘vәn’, chĞne ‘palıd’ vә s. kimi ağac adları isә
tamamilә başqa xüsusiyyәt daşıyır. Qәtiyyәn motivlәnmәmiş
berger ‘çoban’ ilә nisbәtәn motivlәnmiş vacher ‘çoban’, elәcә
dә geöle ‘hәbsxana’ ilә cachot ‘mәhbәs’ (müqayisә et: cacher
‘gizlәtmәk’), concierge ‘konserj’ ilә portier ‘portyer’
(müqayisә et: porte ‘qapı’), jadis ‘heç zaman’ ilә autrefois
‘әvvәlcә’ (müqayisә et: autre ‘başqa’ + fois ‘dәfә’), souvent
‘tez-tez’ ilә frequemment ‘tez-tez’ (müqayisә et: frĞquent
‘tez-tez, sıx-sıx’), aveugle ‘kor’ ilә boiteux ‘topal’ ( müqayisә
et: boiter ‘axsamaq’ ), sourd ‘kar’ ilә bossu ‘donqarbel’
(müqayisә et: bosse ‘donqar’), almanca Laub ilә fransızca
feuillage ‘yarpaqlar’ (müqayisә et: feuille ‘yarpaq’), fransızca
mĞtier ilә almanca Handwerk ‘sәnәt’ (müqayisә et: Hand ‘әl’+ 179
Werk ‘iş’) cütlәri müqayisә edәk. Cәmdә olan ingilis ships