Page 184 - Ferdinand de Sössür_Layout 1
P. 184
Ferdinand de Sössür
fologiya yalnız onların formalarını nәzәrdәn keçirir: mәsәlәn,
morfologiya bununla kifayәtlәnir ki, phȗlak ‘qoruqçu’ yunan
sözünün yiyәlik halı phȗlakos olacaq, sintaksis isә hәr iki
formanın işlәnmәsi barәdә mәlumat verir.
Lakin bu fәrqlәndirilmә aldadıcıdır: phulax isminin
müxtәlif formaları yalnız hәmin formalara mәxsus funksiya -
ların müqayisәsinә görә vahid hal paradiqmasında birlәşir.
Başqa tәrәfdәn bu funksiyalar morfologiyaya ancaq onların
hәr birinin müәyyәn sәs göstәricisinә (signe) uyğun gәl -
mәsinә görә daxil edilir. Hallanma nә formalar siyahısı, nә
dә mәntiqi mücәrrәdliklәr sırası deyil: formalarla funksiyalar
birlik yaradır vә onları ayırmaq çәtindir, hәlә demirik ki,
mümkünsüzdür. Dilçilik baxımından morfolo giyanın özünün
gerçәk vә müstәqil öyrәnmә obyekti yoxdur; o, sintaksisdәn
ayrı fәnn ola bilmәz.
Başqa tәrәfdәn, leksikologiyanı qrammatikadan kәnarlaş -
dırmaq mәntiqә uyğundurmu? İlk baxışdan belә görünә bilәr
ki, sözlәr lüğәtdә verildiyi şәkildә qrammatik baxımdan guya
öyrәnilә bilmәz: çünki qrammatikanın obyekti adәtәn ayrı-
ayrı vahidlәr arasındakı münasibәtlәrdir. Lakin dәrhal
görürük ki, hәmin münasibәtlәrin çoxu eyni müvәffәqiyyәtlә
hәm qrammatik vasitәlәrlә, hәm dә sözlәrlә ifadә oluna bilәr.
Deyәk ki, eyni sözün qrammatik formaları olan latın sözü fiö
‘edilirәm, olunuram’ ilә faciö ‘edirәm’ tamamilә dǏcor
‘danışılıram (= mәnim haqqımda danışırlar)’ ilә dicö ‘danı -
şıram’ kimi qarşı-qarşıya qoyulur; rus dilindә tәrzlәrin
(bitmiş vә bitmәmiş) fәrqlәnmәsi спросить: спрашивать-da
qrammatik, сказать : говорить-dә leksik yolla öz ifadәsini
tapır. Önlüklәr adәtәn qrammatikaya aid olur, lakin “в
отношении к” önlüklü ibarә öz mahiyyәti etibarilә leksikdir,
belә ki, “отношение” sözü burada özünün müstәqim mәna -
sın da işlәnir. Yunanca peίthö ‘әmin edirәm’: peίthomai
‘eşidirәm, itaәt edirәm’i fransızca je persuade ‘әmin edirәm’:
j’obȇis ‘itaәt edirәm’ ilә müqayisә edәrkәn görürük ki, eyni
184
qarşıqoyma bir dildә qrammatik, o biri dildә leksik yolla