Page 188 - Ferdinand de Sössür_Layout 1
P. 188
Ferdinand de Sössür
Ǐ ‘cәnabın’, rȇg- is ‘çarın’, ros- άrum ‘qızılgüllәrin’ – bu üç
şәkilçinin sәslәnmәsindә assosiasiya yaradacaq ümumi heç
nә yoxdur, bununla belә, istifadә edilmә oxşarlığında ifadә
olunan ümumi dәyәrliliyin mövcudluğu nәticәsindә bir-biri
ilә assosiativ әlaqәyә girirlәr. Vә hәr hansı maddi dayağın
olmamasına baxmayaraq, assosiasiyanın yaranması üçün bu
da kifayәtdir. Yiyәlik hal anlayışı dildә necә varsa o cür,
mәhz bu yolla әmәlә gәlir. -Us, -Ǐ, -Ö vә s. şәkilçilәr
(dominus, dominǏ, dominö vә s.-dә) tamamilә analoji olaraq
şüurda әlaqәlәnir vә hal, hal şәkilçisi kimi daha ümumi
anlayışlara yol açır. Bu cür, lakin daha geniş assosiasiyalar
bütün isimlәri, bütün sifәtlәri vә s. birlәşdirәrәk nitq hissәlәri
kimi bir anlayışa gәtirib çıxarır.
Dildә bunların hamısı mövcuddur, lakin yalnız mücәrrәd
mahiyyәtlәr şәklindә mövcuddur: onları öyrәnmәk asan
deyil, belә ki, dәqiq bilmәk mümkün olmur ki, danışanların
şüuru da qrammatikaçıların tәhlili kimi uzağa gedir, ya yox.
Lakin әsas budur ki, mücәrrәd mahiyyәtlәr nәticә etibarilә
hәmişә konkret mahiyyәtlәrә söykәnir. Heç bir qrammatik
mücәrrәdlik ona substrat kimi xidmәt edәn bir sıra bütöv
maddi elementlәrsiz tәsәvvür edilә bilmәz – hәmin
mücәrrәdlik hәmişә nәticә etibarilә bu elementlәrә qayıdır.
İndi sintaqmatik baxışa keçәk. Sintaqmın dәyәrliliyi çox
hallarda onun elementlәrinin ardıcıllığı ilә bağlıdır. Danışan,
sintaqmı tәhlil edәrәk, onun hissәlәrә ayrılması ilә
kifayәtlәnmir, hәmçinin onların ardıcıllığının müәyyәn
sırasını qurur. Fransızca dȇsir-eux ‘yanğılı’, latınca signi-fer
‘bayraqdar’ sözlәrinin mәnası onları tәşkil edәn aşağı sәviyyә
vahidlәrinın bir-birinә münasibәtdәki vәziyyәtindәn asılıdır:
mәsәlәn, eux-dȇsir ‘lı-yanğı’ , fer-signum ‘dar-bayraq’ demәk
olmaz. Dәyәrlilik eux, yaxud fer kimi hansısa konkret
elementә ümumiyyәtlә uyğun gәlmәyә bilәr: onun
daşıyıcısının sintaqm üzvlәrinin yalnız ardıcıllıq sırasının
olması mümkündür. Mәsәlәn, deyәk ki, je dois ‘mәn mәcbu -
188
ram’ vә dois-je ‘mәn mәcburammı?’ fransız söz birlәşmәlәri