Page 193 - Ferdinand de Sössür_Layout 1
P. 193
Ümumi dilçilik kursu
olmuşdur: beta-hüs – “ibadәt evi (ibadәtxana)” mәnasını
vermişdir, lakin son saitin fonetik düşümü nәticәsindә (beta
→bet vә s.) feillә semantik әlaqә yaranır (beten ‘ibadәt
etmәk’) vә Bethaus “ibadәt edilәn ev” mәnasını bildirmişdir.
Qәdim german dilindә fich ‘xarici görünüş’ sözünün
iştirakı ilә yaranmış mürәkkәb sözlәrdә dә buna oxşar hadisә
baş vermişdir (müqayisә et: mannofich ‘kişi görünüşünә
malik’, redofich ‘ağıllı görünüşә malik’). İndi sifәtlәrin ço -
xunda (müqayisә et: verzeihlich ‘bağışlanması mümkün olan’,
glanblich ‘ehtimal edilәn’ vә s.) -lich şәkilçiyә çevrilmişdir ki,
onu pardonnable ‘bağışlanması mümkün olan’, croyable ‘ehti-
mal edilәn’ vә s. sözlәrindәki fransız able şәkilçisi ilә
müqayisә etmәk olar; eyni zamanda birinci elementin
interpretasiyası da dәyişilmişdir: burada isim yox, feil kökü
meydana çıxmışdır. Bu onunla izah edilir ki, bir sıra hallarda
birinci elementin son saitinin düşmәsi nәticәsindә (mәsәlәn:
redo → red-) hәmin element feil kökü ilә eynilәşdirilmişdir
(reden-dәn red-).
Belә ki, glaublich-dә glaub- Glaube ‘inam’dan daha çox
glauben ‘inanmaq’ ilә yaxınlaşır, sichtlich ‘görünәn’ әsasın -
dakı fәrqә baxmayaraq, artıq Sicht ‘görünüş’ ilә yox, sehen
‘görmәk’ ilә assosiasiya yaradır.
Bu, elәcә dә buna oxşar bir çox digәr hallarda iki planın
fәrqlәndirilmәsi aydın görünür: guya tarixi qrammatika ilә
mәşğul olduğumuzu yüngüllük edib iddia elәmәmәk üçün
yada salaq ki, әslindә, fonetik dәyişikliklәri öyrәnәrkәn di-
axroniya sahәsinә, hәmin dәyişikliklәrin ortaya çıxardığı
nәticәlәri nәzәrdәn keçirәrkәn sinxroniya sahәsinә daxil olu-
ruq.
Lakin bu, bütün çәtinliklәri aradan qaldırmır. İstәnilәn
qrammatik faktın – istәr assosiativ qrupa, istәrsә dә sintaq-
matik tipә aid olsun – tәkamülü sәsin tәkamülü ilә müqayi -
sәolunmazdır. O, sadә bir hadisә deyil, yalnız qismәn
fone tikaya aid olan çoxlu sayda xüsusi faktlar arasında
193
paylanır. Prendrai ‘götürürәm’ sözünә çevrilmiş fransız