Page 198 - Ferdinand de Sössür_Layout 1
P. 198
Ferdinand de Sössür
§ 3. Metod mәsәlәsi
Fonetik hadisәlәri tәsvir edәrkәn elә dürüst ifadәyә müra -
ciәt etmәk lazımdır ki, yuxarıda göstәrilmiş fәrqlәndirmәlәrә
zidd olmasın; әks halda biz faktları yanlış işıqlandırmaq
tәhlükәsi ilә üz-üzә qalarıq.
Bu cür yanlışlıqlara bir neçә örnәk.
Verner qanununun әvvәlki formuluna görә “german
dilindә söz başında olmayan hәr cür ḃ , ardınca vurğu gәlir -
sә, ḋ-ya keçmişdir”: müqayisә et: bir tәrәfdәn *faḃer →
*faḋer ( almanca Vater ‘ata’), *liḃumȇ →*liḋumȇ (almanca
lit ten ‘әziyyәt çәkdilәr’; başqa tәrәfdәn *ḃrǏs (almanca drei
‘üç’), *bröḃer (almanca Bruder ‘qardaş’), *liḃo (almanca Ieide
‘әziyyәt çәkirәm’) – ḃ qorunub saxlanır. Hәmin formul fәal
rolu vurğuya aid edir vә söz başında gәlәn ḃ-ya dair
mәhdudlaşdırıcı şәrt irәli sürür. Əslindә isә, mәsәlә qәtiyyәn
bunda deyil: german, elәcә dә latın dilindә Ђ söz daxilindә
spontan cingiltilәşmәyә meyil göstәrir, buna ancaq әvvәlki
saitin vurğusu mane ola bilәr. Belәliklә, sәn demә hәr şey
әksinә imiş: әvәzlәnmә kombinator deyil, spontandır vә
vurğu sәbәbi doğuran yox, mane olan amil kimi çıxış edir.
Qanunu bu cür formulә etmәk lazımdır: “Söz daxilindә hәr
cür ƀ, әgәr ona yalnız әvvәl gәlәn saitin vurğusu mane
olmuşsa, ḋ-ya keçmişdir”.
Spontan vә kombinator әvәzlәnmә faktlarının düzgün
fәrqlәndirilmәsi üçün dәyişmә mәrhәlәlәrini tәhlil etmәk vә
vasitәli nәticәlәri vasitәsiz kimi qәbul etmәmәk lazımdır.
Deyәk ki, rotasizmi izah etmәk üçün (müqayisә et: latınca
*genesis → generis) iddia etmәk düzgün olmazdı ki, guya s
iki sait arasında r-ya çevrilmişdir, belә ki, kar s heç bir halda
birbaşa r-ya keçә bilmәz. Hәqiqәtdә, iki hadisә baş vermişdir:
s kombinator olaraq z ilә әvәzlәnmiş, z isә latın dilinin sәs
198 sistemindә qorunub saxlanmayaraq ona çox yaxın olan r ilә
әvәz edilmişdir. Vә bu, spontan dәyişiklikdir. Demәli, belә