Page 202 - Ferdinand de Sössür_Layout 1
P. 202
Ferdinand de Sössür
onların xalis tarixi sәciyyәsini şübhә altına almadan vә ya
onları irqlәrin birbaşa tәsiri ilә izah etmәdәn siyasi tarixdә
dә tapmaq olar.
2. Fonetik әvәzlәnmәlәr tez-tez tәbiәtә vә iqlim şәraitinә
uyğunlaşmanın nәticәsi kimi nәzәrdәn keçirilir. Bir sıra şimal
dillәri samitlәrlә çox yüklәnir, bir sıra cәnub dillәri isә saitlәr -
dәn daha geniş istifadә edir ki, bu da onların harmoniyası ilә
izah olunur. Görünür, iqlim vә hәyat şәraiti dilә tәsir edә
bilәr, lakin diqqәtlә nәzәrdәn keçirilsә, problem daha
mürәkkәbdir: axı samitlәrlә yüklәnmiş Skandinav lәhcәlәri
ilә yanaşı, saam vә fin dillәri saitlәrlә hәtta italyan dilindәn
dә zәngindir. Hәmçinin qeyd edәk ki, müasir alman dilindә
samitlәrin bolluğu çox hallarda yeni hadisә olub, vurğudan
sonrakı saitlәrin düşmәsi ilә bağlıdır. Daha sonra... Fransanın
cәnubundakı bәzi dialektlәrdә samitlәr Cәnubdakı fransız
dialektlәrindәn daha çoxdur; serb dilindә isә samitlәr rus
dilindә vә s. olduğu qәdәrdir.
3. Bunun ardınca bәzәn daha az güc sәrf etmәk qanununa
istinad edirlәr, guya iki artikulyasiya biri ilә әvәz olunur –
çәtin artikulyasiya asana keçir. Bu ideya barәdә nә deyil mә -
sindәn asılı olmayaraq, nәzәri cәlb edir : o, müәyyәn dәrә -
cәdә hadisәnin sәbәbini izah edә, yaxud heç olmasa onun
ax tarışı üçün yol aça bilәr.
Az güc sәrf etmәk qanunu, görünür, bir sıra halları
aydınlaşdırır: mәsәlәn, kiplәşәn-partlayan samitlәrin spiranta
keçmәsi (latınca habȇre → fransızca avoir ‘malik olmaq’), bir
çox dillәrdә son samitlәrin düşmәsi , assimilyasiya (mәsәlәn,
ly → ll, *alyos → yunanca ällos ‘başqa’, tn→nn, *atnos → la -
tın ca annus ‘il’), assimilyasiyanın xüsusi halı olaraq dif -
tonqların monoftonqlaşması (mәsәlәn, ai → Ɛ, fransızca
maizön → mƐzö – yazılışı: maison ‘ev’) vә s.
Lakin mәsәlә burasındadır ki, bunun әksini ifadә edәn
eyni sayda nümunәlәr göstәrmәk olar. Alman dilindә Ǐ, ȗ, ü-
nün ei, ai, eu-ya keçmәsini monoftonqlaşmaya qarşı qoymaq
202
olar. Əgәr slavyan zәminindә ä, ė-nin ӑ, ӗ-yә çevrilmәsi az