Page 206 - Ferdinand de Sössür_Layout 1
P. 206
Ferdinand de Sössür
yuxarıda göstәrilmiş sәbәblәrlә әlaqәsini yenә anlamaq olar:
qrammatik faktlar müәyyәn tәrәflәri ilә hәmişә tәfәkkürlә
bağlıdır. Xarici tәbәddülatlar insan ağlına daha çox birbaşa
tәsir etdiyindәn hәmin tәbәddülatlar qrammatikada asan әks
olunur. Lakin tәsdiq etmәk üçün bizim әlimizdә heç bir
mәlumat yoxdur ki, xalqın tarixindәki qaynar dövrlәr dildә
kәskin fonetik dәyişmәlәrin baş vermәsi ilә şәrtlәnir.
Yeri gәlmişkәn, hәtta dilin süni sabitlik vәziyyәtindә
olduğu hallarda da elә bir dövr göstәrmәk olmaz ki, hәmin
dövrdә heç bir fonetik dәyişmә baş vermәsin.
6. “Əvvәlki dil substratı” barәdә dә hipotez söylәnmişdir:
guya bәzi dәyişmәlәrin meydana çıxması öz içәrisindә
әridilmiş yerli әhali ilә әlaqәdardır. Deyәk ki, langue d’ oc
(Fransanın cәnubundakı şivәlәr) ilә langue d’ oil (Fransanın
Şimalındakı şivәlәr) arasındakı fәrq guya Cәnubi vә Şimali
Qaliyadakı köklü kelt elementinin müxtәlif nisbәtinә uyğun
gәlir. Hәmin nәzәriyyәni liqur, etrusk vә s. tәsirlәrә mәruz
qalmış dialektlәrin coğrafi vәziyyәtindәn asılılığa uyğunlaş -
dırmaqla italyan dilinin dialekt fәrqlәrinin izahı üçün dә
istifadә etmişlәr. Hәr şeydәn әvvәl, demәk lazımdır ki, bu
hipotez olduqca tәsadüfi hallarda rast gәlinәn vәziyyәtlәrin
mövcudluğunu nәzәrdә tutur. Bundan başqa, onu da dәqiq -
lәşdirmәk lazımdır ki, dil substratı barәdә danışanda nәyi
nәzәrdә tuturlar? Əgәr bununla demәk istәyirlәrsә ki yeni dili
qәbul edәrkәn yerli әhali ona öz tәlәffüz vәrdiş lәrindәn
nәyisә daxil edir, bu, tamamilә mümkün vә tәbiidir. Yox, әgәr
bu zaman yenidәn irqlәrin vә s. әldә edilmәsi mümkün
olmayan faktlarına istinad elәmәyә başlayırlarsa, onda biz
yuxarıda haqqında danışılan eyni çәtinliklәrlә yenidәn
qarşılaşırıq.
7. Nәhayәt, bu adı daşımağa qәtiyyәn yaramayan
sonuncu izah fonetik dәyişmәlәri dәblәrin dәyişmәsi ilә
eynilәşdirir. Lakin dәblәrin dәyişmәsinin sәbәblәrini hәlә heç
kim aşkar etmәmişdir: yalnız o mәlumdur ki, bu, bir çox
206
psixoloqları maraqlandıran tәqlid qanunlarından asılıdır.