Page 211 - Ferdinand de Sössür_Layout 1
P. 211
Ümumi dilçilik kursu
yoldaşı’, tәsirlik hal comitem ‘yol yoldaşını’ formaları әski
fransızcada cuens ‘qraf’ (müstәqim hal) // comte ‘qrafı’ (qeyri-
müstәqim hal) olur; hәmçinin müqayisә et: xalq latıncası
barŏ ‘azad doğulmuş, (ata-anası olmayan)’ – barŏnem ‘azad
doğulmuşu’ → әski fransızcada ber ‘baron’ // baron ‘baronu’,
latınca presbiter ‘presviter (başçı)’ – tәsirlik hal presbiterum
‘presviteri’ → әski fransızcada prestre ‘keşiş’ // provoire
‘keşişi’.
Bir sıra hallarda sözdәyişdirici şәkilçi ikiqat üzvlәnir.
Hind-Avropa dilindә tәsirlik halın tәki hәr yerdә -m*sәsi ilә
sәciyyәlәnir; mәsәlәn: *ek wom, *owim, *podm, *mȃterm vә
1
s. Latın dilindә hәmin şәkilçi heç bir әhәmiyyәtli dәyişikliyә
mәruz qalmır, yunan dilindә isә burun sonantı ilә burun
konsonantının olduqca müxtәlif traktovkası iki müxtәlif
forma sırası vermişdir : hȋppon ‘atı’, ό(w)in ‘qoyunu’, pόda
‘ayağı’, mȃtera ‘ana’. Tәsirlik halın cәmi dә özünü nә isә
tamamilә analoji şәkildә göstәrir; müqayisә et: hȋppous ‘atlan’,
pόdas ‘ayaqları’.
211