Page 216 - Ferdinand de Sössür_Layout 1
P. 216
Ferdinand de Sössür
§4. Əvәzlәnmә
Görünür, maison ‘ev’ vә mėnage ‘tәsәrrüfat’ sözlәrinin
arasında fәrqlәr axtarmaq mәnasızdır, ona görә ki, fәrqlәn -
dirici elementlәr (- ezŏ vә - en) tutuşdurulmaq üçün әsaslı
material vermir, hәm dә ona görә ki, analoji qarşılaşma üçün
başqa sözlәr mövcud deyil. Lakin çox tez-tez belә hallar olur
ki, iki yaxın söz asan ayrıla bilәn yalnız bir vә ya iki ele -
mentlә fәrqlәnir. Vә hәmin fәrq bir sıra analoji cütlәrdә
ardıcıl olaraq tәkrar edilir. Bu halda biz fonetik dәyişmәlәrin
iştirak etdiyi qrammatik hadisәlәrin әn geniş yayılanlarından,
әn sadәlәrindәn biri ilә qarşılaşırıq – bu hadisә әvәzlәnmә
(alternance) adlanır.
Açıq hecada olan hәr cür latın ŏ-su fransız dilindә vurğu
altında eu-ya, vurğudan әvvәlki mövqedә ou-ya çevrilir:
pouvons ‘bacararıq’: peuvent ‘bacararlar’, douloureux ‘xәstә’:
douleur ‘ağrı ’, nouveau ‘yeni’: neuf ‘yeni’ vә s. cütlәri
bundan yaranır ki, hәmin sözlәrdә fәrqlәndirmә vә ardıcıl
tәbәddülat elementlәrini asanca ayırmaq olar. Latın dilindә
rotasizm hadisәsi ilә әlaqәdar gerŏ ‘daşıyıram’: gestus (gerŏ-
nun feli sifәt forması), oneris ‘yüklәmә’: onus ‘yük’, maeror
‘kәdәr’: maestus ‘kәdәrli’ vә s. әvәzlәnmәlәri baş verir.
German dillәrindә vurğunun yerindәn asılı olaraq s-nın
müxtәlif traktovkası nәticәsindә orta dövr yuxarı almancada
ferliesen ‘itirmәk’: ferloren (ferlieserı-in keçmiş zaman feli
sifәt forması), kiesen ‘seçmәk’: gekoren ( kiesen-in keçmiş
zaman feli sifәt forması), friesen ‘donmaq’: defroren (friesen-
in keçmiş zaman feli sifәt forması) vә s. özünü göstәrir. Hind-
Avropa e-sinin düşmәsi müasir alman dilindә beissen
‘dişlәmәk’: biss ‘dişlәdi’, leiden ‘әzab çәkmәk’: litt ‘әzab
çәkdi’, reiten ‘getmәk’: ritt ‘getdi’ vә s. qarşıdurmalarında әks
olunur.
216 Bütün hallarda әvәzlәnmә kökә aiddir, lakin öz-özlü -
yündә aydındır ki, analoji qarşılaşma sözün bütün hissәlәrinә