Page 215 - Ferdinand de Sössür_Layout 1
P. 215
Ümumi dilçilik kursu
bilәr. Əgәr bizdә cavalier ‘atlı’ vә chevalier ‘cәngavәr’,
cavalcade ‘kavalkada’ vә chevaııchėe ‘at belindә gәzmәk’ kimi
söz cütlәri varsa, bu ona görәdir ki, cavalier vә cavalcade
italyan dilindәn alınmışdır. Mahiyyәt etibarilә, hәmin hadisә
fransızcada chaud, italyancada isә caldo-ya çevrilmiş latın
calidum (calidus ‘isti’ sözünün tәsirlik halı) ilә analogiya
tәşkil edir. Bütün bu halların hamısında biz alınmalarla
qarşılaşırıq.
Əgәr bizә desәlәr ki latın әvәzliyi mė ‘mәni’ fransız
dilindә iki forma – me vә moi ilә (müqayisә et: il me voit ‘o
mәni görur’ vә c’est moi qu’il voit ‘o mәhz mәni görür’) tәmsil
olunur, onda belә cavab verәcәyik ki, fransız me-si vurğusuz
latın mė-sindәn yaranır, vurğulu latın mė-si isә fransızcada
moi-ni verir. Vurğunun olub-olmaması me-ni me vә moi-yә
çevirәn fonetik qanunlardan deyil, hәmin sözün cümlәdәki
rolundan asılıdır. Belәliklә, sözün mövcudluğunun iki üsulu
(dualitė) özünü qrammatik hadisә kimi tәqdim edir. Alman
dilindәki *ur- da belәdir: vurğu altında ur- olaraq qalmış,
vurğudan әvvәlki mövqedә isә ur- er-ә çevrilmişdir (mü -
qayisә et: Ȗrlaub ‘mәzuniyyәt’ vә erlȃuben ‘imkan vermәk’).
Bununla belә, vurğunun yeri ur-un daxil olduğu birlәşmә
tiplәri ilә, nәticә etibarilә qrammatik, bununla yanaşı sinxron
situasiya ilә әlaqәdardır. Nәhayәt, birinci misalımıza
qayıdaraq qeyd edәk ki, bȃrŏ : barŏnem-dә ifadә olunan forma
vә vurğu müxtәlifliyi, heç şübhәsiz, fonetik dәyişmәdәn
әvvәl gәlir.
Faktik olaraq, heç yerdә fonetik dublet tapmaq mümkün
deyil. Sәslәrin tәkamülü artıq ona qәdәr mövcud olmuş
fәrqlәri nәzәrә çarpdırır. Hәmin fәrqlәrin mövcudluğunun
xarici sәbәblәrlә әlaqәdar olmadığı hәr yerdә, mәsәlәn,
alınmalara münasibәtdә olduğu kimi, onlar fonetik
dәyişmәlәrlә qәtiyyәn bir yerә sığmayan qrammatik vә
sinxron dubletlәrin mövcudluğunu nәzәrdә tutur.
215