Page 210 - Ferdinand de Sössür_Layout 1
P. 210
Ferdinand de Sössür
III fәsil
FONETİK TƏKAMÜLÜN
QRAMMATİK NƏTİCƏLƏRİ
§1. Qrammatik әlaqәnin qırılması
Fonetik dәyişmәlәrin ilk nәticәsi iki vә ya daha çox sözü
birlәşdirәn qrammatik әlaqәnin qırılmasından ibarәtdir.
Bunun nәticәsindә bir söz artıq başqasından düzәldilmiş kimi
qәbul olunur, mәsәlәn: latınca mansiŏ ‘yaşayış yeri’ –
*mansiŏnӑticus, Fransızca maison ‘ev’ // mėnage ‘tәsәrrüfat’.
*mansiŏnӑticus sözünü dil şüuru әvvәlcә mansiŏ-dan
düzәldilmiş kimi görür, sonra isә fonetik taleyin dәyişmәsi
hәmin sözlәri bir-birindәn aralayır.
Başqa bir misal: (vervӗx - vervӗcӑrius) xalq latıncası
berbȋx ‘qoç’ - berbicӑrius ‘ç oban’ fransızca brebis ‘qoyun’ //
berger ‘çoban’.
Əlaqәnin bu cür qırılması, tәbii ki, dәyәrliliyә dә tәsir
göstәrir: deyәk ki, bәzi fransız sözlәrindә berger hazırda
“naxırçı” demәkdir.
Yaxud başqa misal:
latınca Grӑtiӑnopolis ‘Qrasianopol’ – grӑtiӑnopolitӑnus
‘Qrasianopol (dairәsi)’ fransızca Grenoble ‘Grenobl’ //
Grėsivaudan ‘Grezivodan’ latınca decem ‘on’ - undecim ‘on
bir’ fransızca dix ‘on’ // onze ‘on bir’.
Analoji hal özünü qotca bȋtan ‘dişlәmәk’ – bitum
‘dişlәdik’ – bitr ‘dişlәyәn’, ‘acı’ sözlәrindә göstәrir; bir
tәrәfdәn t → ts (z) sәs keçidi, digәr tәrәfdәn tr samit qrupunun
qorunub saxlanması nәticәsindә qәrbi german dilindә bȋzan,
bȋzum // bitr alınmışdır.
210 Fonetik tәkamül eyni sözün iki forması arasındakı normal
әlaqәni dә qıra bilәr. Deyәk ki, latınca adlıq hal comes ‘yol