Page 214 - Ferdinand de Sössür_Layout 1
P. 214
Ferdinand de Sössür
§3. Fonetik dublet olmur
1 vә 2-ci paraqraflarda nәzәrdәn keçirdiyimiz hәr iki
halda, tәkamülün nәticәsi olaraq, dilin ilkin dövrdә qram -
matik baxımdan әlaqәli elementlәri müxtәlif tәrәflәrә ayrılır.
Bu hadisә faktların şәrhindә kobud sәhvlәrә yol aça bilәr.
Xalq latınında barö ‘azad doğulmuş’: barönem ‘azad
doğulmuşu’ nisbi eyniliyini, әski fransızcada ber ‘baron’:
baron ‘baronu’ fәrqliliyini qeyd edәrkәn mәgәr bu, bizi belә
bir fikrә sövq etmirmi ki, eyni çıxış vahidi bar iki fәrqli
istiqamәtdә inkişaf edәrәk iki forma doğurmuşdur? Lakin bu,
doğru deyil, ona görә ki, bir element eyni zamanda vә eyni
yerdә iki müxtәlif formalaşmaya mәruz qala bilmәz: bu,
fonetik dәyişmәnin mahiyyәtinә dә ziddir. Sәslәrin tәkamülü
öz-özlüyündә birinin әvәzinә iki forma yaratmağa qadir
deyil.
Bizim tezisә qarşı bir sıra etirazlar ola bilәr. Fәrz edәk ki,
onlar aşağıdakı misallarla әsaslandırıla bilәr: deyә bilәrlәr ki,
latınca collocӑre ‘mane olmaq’, ‘qoymaq’ fransızcada coucher
‘qoymaq’ vә colloquer ‘mane olmaq’ sözlәrini vermişdir.
Lakin bu, yalnız coucher sözünә münasibәtdә doğrudur,
colloquer isә latın yazı dilindәn alınmadan başqa bir şey deyil
(müqayisә et: fransızca rançon ‘bac’ vә rėdemption ‘bac verib-
almaq’ vә s.).
Mәgәr iki әsl fransız sözü chaire ‘kafedra’ vә chaise ‘stul’
latınca cathedra ‘kreslo’dan әmәlә gәlmәmişdirmi? Yox!
Əslindә, chaise dialekt formasıdır. Paris şivәsindә intervokal
r z-ya keçmişdir: mәsәlәn, pėre ‘ata’, mėre ‘ana ’ әvәzinә pėse,
mėse demişlәr. Fransız әdәbi dilindә hәmin yerli tәlәffüzün
ancaq iki nümunәsi qorunub saxlanmışdır: chaise ‘stul’ vә
bėsicles ‘gözlük’ (bėricles-in dubleti bėryl ‘berill’ә gedib çıxır).
Bu hadisә fransız әdәbi dilinә yaxın zamanlarda pikarda sözü
214 rescapė ‘xilas olmuş’, ‘canını qurtarmış’ın keçib, nәticә
etibarilә, rėchappė-yә qarşı qoyulması ilә müqayisә edilә