Page 217 - Ferdinand de Sössür_Layout 1
P. 217
Ümumi dilçilik kursu
yayıla bilәr. Mәsәlәn, әsas başlanğıc sәsinin keyfiyyәtindәn
asılı olaraq ön şәkilçinin formasının dәyişmәsindәn daha adi
bir hadisә yoxdur (müqayisә et: yunanca apo- didömi
‘vermәk’, ‘qaytarmaq’: ap- Ğrchomai ‘çıxıb getmәk’, ‘qayıt -
maq’ ; fransızca in- connu ‘mәlum olmayan’: inutile ‘Iazım
olmayan’). Nәticә etibarilә, bu vә ya başqa şәkildә fonetik
sәbәblәrlә sәciyyәlәnmәli olan hind-Avropa e : o әvәz -
lәnmәsinә çox hallarda şәkilçi elementlәrindә rast gәlinir
[yunanca hfppos ‘at’ (adlıq hal tәk): hfppe ‘at’ (müraciәt halı
tәk), phĞr- o- men ‘aparırıq’: phär- e- te ‘aparırsınız’, gän- os
‘cins’: gän- e- os ‘cinslәr’ (*gĞn- es- os ‘cinslәr’ әvәzinә) vә
s.] . Əski fransız dilindә damaq sәslәrindәn sonra gәlәn
vurğulu a xüsusi şәkildә traktovka olunur – bir çox
şәkiIçilәrdәki e : ie әvәzlәnmәsi buradan irәli gәlir (müqayisә
et: chant-er ‘mahnı oxumaq’: jug-ier ‘mühakimә etmәk, hәll
etmәk’, chant-Ğ ‘oxunmuş’: jug-iĞ ‘mühakimә edilmiş, hәll
edilmiş’ chant- ez ‘oxuyursunuz’: jug-iez ‘mühakimә edirsiniz,
hәll edәrsiniz’ vә s.)
Belәliklә, әvәzlәnmәni iki cәrgәdә qarşılıqlı şәkildә mö v -
cud olan formaların ardıcıl permutasiyasına uğrayan iki sәs
vә ya sәs birlәşmәsi arasındakı uyğunluq kimi müәyyәn -
lәşdirmәk olar.
Aydındır ki, fonetik dәyişmә öz-özlüyündә dubletlәri
izah etmәdiyi kimi, eyni dәrәcәdә, әvәzlәnmәnin dә nә
yeganә, nә dә başlıca sәbәbi deyil. Latınca nov- fonetik
dәyişiklik nәticәsindә neuv- vә nouv-a (neuve ‘yeni’, nouveau
‘yeni, gәnc’ ) çevrilmişdir deyәndә, bununla qondarma vahid
yaradıb әvvәlki sinxron cütlüyün mövcudluğuna etinasız
yanaşırlar : nov-un latın dilindәki nov-us ‘yeni’ vә nov-ellus
mövqe fәrqi fonetik dәyişmәni qabaqlayır vә istisnasız olaraq
qrammatik faktdan ibarәtdir (müqayisә et: ban5 : baıönan).
Bu cür cütlük istәnilәn әvәzlәnmәyә hәm mәnbә olur, hәm
dә zәruri şәrait yaradır. Fonetik dәyişmәlәr әvvәlki vahidlәri
mәhv etmәmiş, yalnız fәrqlәnәni sәslәnmә ilә nәzәrә
217
çarpdırmaqla artıq mövcud olan elementlәrin qarşılaşmasını