Page 220 - Ferdinand de Sössür_Layout 1
P. 220
Ferdinand de Sössür
ardınca i gәlsәydi, onun özü e әvәzinә i ilә, qalan bütün
hallarda e ilә çıxış edәrdi. Faciŏ ‘etmәk’: conficiŏ ‘elәmәk’
amȊcus ‘dost’: inimȊcus ‘düşmәn’, facilis ‘yüngül’: difficilis
‘çәtin’ vә s. latın әvәzlәnmәlәri dә eyni şәkildә fonetik şәra -
itlә bağlıdır ki, danışanlar bunu aşağıdakı kimi ifadә edәr -
dilәr: facıö, amȊcus vә s. tipli sözlәrdә a sәsi eyni yuvadan
olan sözlәrdә i ilә әvәzlәnmir, çünki burada a daxili heca -
dadır.
Lakin hәmin sәs qarşılaşmaları da, ümumiyyәtlә bütün
qrammatik qanunlar kimi, tamamilә eyni qeydi nәzәrә almağı
tәlәb edir: onlar sinxron sәciyyәlidir; elә ki bu unudulur,
yuxarıda göstәrdiyimiz sәhvә yol vermәk tәhlükәsi әmәlә
gәlir. Faciö : conficiö cütlüyü ilә rastlaşarkәn qarşılıqlı şәkildә
mövcud olan hәmin elementlәr arasındakı münasibәtlәri
confaciö → conficiö diaxron faktı elementlәrinin zamandakı
ardıcıllığını әlaqәlәndirәn münasibәtlәrlә qarışdırmamaq
üçün ehtiyatlı olmaq lazımdır. Burada bizim sәhvә yol
vermәk meylimizin olması o demәkdir ki, fonetik diferen -
siasiyanın sәbәbi hәmin cütlәrdә hәlә hiss olunur; lakin onun
fәaliyyәti keçmişә mәxsusdur, danışanlar üçünsә burada
yalnız adi sinxron qarşılaşdırma var.
Yuxarıda bütün deyilәnlәr әvәzlәnmәlәrin ciddi qram -
matik sәciyyәsi barәdә irәli sürdüyümüz müddәanı tәsdiq
edir. Onun adlandırılması üçün “permutasiya” termi nindәn
istifadә etdik: termin tamamilә dәqiqdir, lakin ondan qaçmaq
yaxşıdır, çünki onu daha çox fonetik dәyişmәlәr üçün istifadә
etmişlәr. Vә bir dә ona görә ki, hәmin termin yalnız vәziy -
yәtin olduğu yerdә hәrәkәtin olması barәdә yalan tәsәvvür
doğurur.
220