Page 224 - Ferdinand de Sössür_Layout 1
P. 224
Ferdinand de Sössür
Homerin dili göstәrir ki, hәmin bu a ilk vaxtlar mәlum növün
cәm vә ikili hallarında olmamışdır; müqayisә et: ȋdmen
‘bilirik’, ėikton ‘biz (ikimiz) oxşarıq’ vә s. Belәliklә,
analogiyanın yayılması üçün çıxış nöqtәsi tam olaraq mәlum
növün birinci şәxs tәk formasıdır ki, xәbәrlik şәkli
perfektinin, demәk olar ki, tam paradiqmasını özünә tabe
etmişdir. Bu hadisә bir dә o baxımdan әlamәtdardır ki,
analogiyanın sayәsindә -a- elementi әsasa birlәşir; o, әvvәlcә
sözdәyişdirici element idi: pepheȖga - men buradandır. İrәlidә
görәcәyik ki, әks hala – әsasın elementinin şәkilçiyә
birlәşmәsinә tәsadüfı hallarda rast gәlinir.
Bәzәn tәcrid olunmuş iki vә ya üç söz kifayәt edir ki,
ümumi forma, mәsәlәn, sonluq yaratmaq mümkün olsun;
qәdim yuxarı alman dilindә habӗn ‘malik olmaq’, lobön
‘tәriflәmәk’ vә s. tipli zәif feillәrdә indiki zamanın bırinci
şәxs tәkinin göstәricisi – m-dır: habӗm, loböm. Hәmin -m
yunan -mi li feillәri ilә analogiya yaradan bir neçә feilә
bağlanır: – bim ‘mәn...әm’, stӑm ‘dururam’, gӗm ‘gәlirәm’,
tuom ‘edirәm’ – bunların tәsiri altında hәmin sonluq bütün
zәif tәsrifi ehtiva edir. Qeyd edәk ki, bu halda analogiya
fonetik müxtәlifliyi aradan qaldırmamış, sadәcә әmәlәgәlmә
üsulunu ümumilәşdirmişdir.
224