Page 228 - Ferdinand de Sössür_Layout 1
P. 228
Ferdinand de Sössür
§3. Analogiya dildә yeni törәmәlәr
prinsipi kimi
Nәyin analogiya olmadığını aydınlaşdırıb onun müsbәt
baxımdan öyrәnilmәsinә keçәrkәn, dәrhal görürük ki,
analogiya prinsipi dilin ümumiyyәtlә yeni törәmәlәr prinsipi
ilә uyğun gәlir. O nәdәn ibarәtdir?
Analogiya psixoloji sәciyyәli hadisәdir, lakin bu hәlә
kifayәt deyil ki, onu fonetik dәyişmәlәrdәn fәrqlәndirәk; belә
ki, bu sonunculara da psixoloji hadisә kimi baxmaq olar.
Demәk lazımdır ki, analogiya qrammatik qәbildәn olan hadi -
sә dir : bu, formaları öz aralarında әlaqәlәndirәn münasibәtin
başa düşülüb anlaşılması demәkdir. Əgәr fonetik dәyişmәdә
tәfәkkür iştirak etmirsә, analogiya ilә nәyinsә törәmәsindә
tәfәkkürün iştirakı zәruridir.
Latın dilindә intervokal s-nın r-ya fonetik keçidi (müqa -
yisә et: honösem → honörem) zamanı nә başqa formalarla
müqayisә, nә dә sözün mәzmunu iştirak etmir – demәk olar
ki, honörem-ә honösem formasının yalnız cәsәdi keçir. Əksinә,
honös-la yanaşı honor-un tәzahürünü izah etmәk üçün başqa
formalara müraciәt etmәk lazımdır ki, bu, aşağıdakı dörd
kәmiyyәtin tәnasüb formulunda da görünür:
örätörem : örätor = honörem: x
x = honor
Əgәr tәrkibinә daxil olan formalar mәnaca әlaqәlәnmә -
sәydilәr, tәnasüb mümkün olmazdı.
Demәli, analogiya hadisәsindә hәr şey qrammatika ilә
bağlıdır. Lakin elә buradaca әlavә edәk ki, analogiyanın
yekunu olan yeni törәmә ilk әvvәl tamamilә nitq sferasına
aiddir – ayrıca bir şәxsin tәsadüfi yaradıcılığıdır. Vә hәmin
hadisәnin yaranmasını mәhz bu sferada, dildәn kәnarda ax-
tarmaq lazımdır. Lakin bu zaman aşağıdakılar nәzәrә
228 alınmalıdır: 1) törәdici formaları öz aralarında bağlayan
münasibәtin anlaşılması; 2) müqayisәnin tәqdim etdiyi