Page 233 - Ferdinand de Sössür_Layout 1
P. 233
Ümumi dilçilik kursu
V fәsil
ANALOGİYA VƏ TƏKAMÜL
§1. Analogiya üzrә yenitörәmә necә
dil faktı olur?
Dilә daxil olan nә varsa, әvvәlcә nitqdә sınaqdan
keçirilir: bu o demәkdir ki, bütün tәkamül hadisәlәrinin kökü
fәrdin fәaliyyәt sferasındadır. Artıq irәli sürdüyümüz hәmin
prinsip analogiya ilә yeni törәmәlәrә xüsusilә tәtbiq edilә
bilir. Honor honös-un tәhlükәli rәqibi, onu sıxışdırıb çıxar -
mağa qadir olmamışdan әvvәl sadәcә, danışanlardan biri
tәrәfindәn bәdahәtәn söylәnmiş, başqaları da ondan nümunә
götürmüşlәr, belәliklә, nәticә etibarilә hәmin yeni forma
kütlәvilәşdirilmişdir.
Buradan belә çıxmasın ki, hәmin uğur analogiya üzrә
yeni törәmәlәrin hamısına aiddir. Hәr addımda biz dilin qәbul
etmәdiyi qısaömürlü yeni törәmәlәrlә qarşılaşırıq. Uşaq nitqi
belә törәmәlәrlә zәnginlәşir, belә ki, uşaqlar hәlә vәrdişiәri
kifayәt qәdәr mәnimsәmәmiş, tam şәkildә onların әsarәti
altına düşmәmişlәr : onlar venir ‘gәlmәk’ әvәzinә viendre,
mort ‘ölmüş, ölü’ әvәzinә mouru deyirlәr vә s. Lakin bu cür
nümunәlәri böyüklәrin dilindә dә tapmaq olar. Deyәk ki,
çoxları trayait (traire ‘sağmaq’ın bitmәmiş keçmişi) yerinә
traisait (yeri gәlmişkәn, Russoda tәsadüf edilir) deyirlәr.
Bütün bu yeni törәmәlәr tamamilә düzgündür; onlar da eynilә
dilin qәbul etdiklәri kimi izah olunur: Deyәk ki:
viendre ėteindrai: ėteinde = viendrai: x
x = viendre
tәnasübünә әsaslanır, traisait isә plaire : plaisait nümunәsi 233
әsasında törәyir vә s.