Page 231 - Ferdinand de Sössür_Layout 1
P. 231
Ümumi dilçilik kursu
pardonner: impardonnable vә s. = dėcorer: x x =
indėcorable
Bu cür izahat zamanı danışan, qrammatistin
hәddindәn artıq şüurlu tәhlilini xatırladan mürәkkәb әqli
әmәliyyatın mövcudluğunu nәzәrә almır. Gast ‘qonaq’ ; Gäste
‘qonaqlar’ nümunә üzrә Kranz ‘әklil’: Kränze ‘әklillәr’dәki
kimi guya elementlәrә bölünmәsi tәnasübün hәllindәn daha
az ehtimal edilәndir. Vә belә görünә bilәr ki, Gäste-nin sәs
xassәsi sadәcә olaraq Kranz-a köçürülmüşdür.
Bu nәzәriyyәlәrdәn hansı hәqiqәtә uyğundur? Hәr şeydәn
әvvәl qeyd edәk ki, Kranz hadisәsindә tәhlil imkanını istisna
etmәyә ehtiyac yoxdur. Biz artıq әvәzlәnmәnin hәm
köklәrdә, hәm dә ön şәkilçilәrdә mövcudluğunu tәsbit etdik,
әvәzlәnmә hissi isә mәnalı elementlәrә bölünmә ilә çox gözәl
uyuşa bilәr. Bu iki zidd konsepsiya iki müxtәlif qrammatik
doktrinada әks olunur. Bizim Avropa qrammatiklәri tәnasüb -
lәrlә әmәliyyat aparır; deyәk ki, alman dilindә keçmiş
zamanın әmәlә gәlmәsini bir çox sözdәn çıxış edәrәk
aydınlaşdırır; şagirdә deyirlәr ki, setzen ‘qoymaq’: setzte
‘qoydu’ nümunәsinә әsasәn lachen ‘gülmәk’in keçmiş zama -
nını düzәlt vә s. Lakin әgәr alman qrammatikinә hәmin
mәsәlәni qәdim hind alimi izah etsә, o bir fәsildә köklәrә
(setz-, lach-), başqasında keçmiş zaman şәkilçilәrinә (- te vә
s.) toxunardı; belәliklә, tәhlil yolu ilә alınmış elementlәr
verilәrdi ki, onların kömәyi ilә dә bütöv sözlәri sintez etmәk
olardı. Bütün sanskrit lüğәtlәrindә feillәr köklәrinә görә
müәyyәn edilәrәk cәrgә ilә yerlәşdirilir.
Verilmiş dilin әsas xüsusiyyәtlәrindәn asılı olaraq
qrammatistlәr hәmin iki metoddan gah birinә, gah da o birinә
meyil edirlәr.
Qәdim latın dili, görünür, analitik metoda üstünlük
vermişdir. Aşağıdakı hadisә buna parlaq sübut ola bilәr.
Fӑctus ‘üzәrindә işlәnmiş’ vә äctus ‘hәrәkәt’ sözlәrindә ilk
saitlәrin kәmiyyәti eyni deyil, hәm fäciö ‘edirәm’, hәm dә
231
ӑgö ‘hәrәkәt edirәm’dә isә a qısadır – ehtimal etmәk olar ki,