Page 227 - Ferdinand de Sössür_Layout 1
P. 227
Ümumi dilçilik kursu
reaction : reactionnaire = rėpression : x
x = rėpressionnaire
Vә nә bu, nә dә o biri halda dәyişmәdәn danışmaq üçün
kiçicik bir sәbәb yoxdur: rėpressionnaire heç nәyi әvәz etmir.
Başqa bir misal: bir tәrәfdәn finals yerinә analoji törәmә olan
finaux ‘sonuncular’la rastlaşırıq ki, bu forma düzgün sayılır;
başqa tәrәfdәn, elә ola bilәr ki, kim isә firmament ‘asiman’
ismindәn firmamental sifәtini, ondan da fırmamentaux cәm
formasını yaradır.
O zaman deyә bilәrikmi ki finaux hadisәsindә biz dәyi -
şik liklә, firmameniaux hadisәsindә isә yeni yaranma ilә
qarşılaşırıq? Hәqiqәtdә, hәr iki halda yeni yaranma özünü
göstәrir. Mur ‘hasar’: emmurer ‘hasara almaq’ nümunәsi üzrә
tour ‘çevrә, әtraf: entourer ‘әhatәyә almaq’, jour ‘şәbәkәli
naxış’: ajourer ‘naxışlamaq’ (müqayisә et: un travail ajourė
‘şәbәkә işi’) : nisbәtәn yaxın dövrә aid bu törәmәlәr bizdә
yenidәn yaranma tәәssüratı doğurur. Lakin aşkarlamağa nail
olsaydıq ki әvvәlki dövrdә torn vә jorn isimlәrindәn törәmiş
entorner vә ajorner feillәri mövcud olmuşdur, onda soruşulur:
biz rәyimizi dәyişib demәliyikmi ki, entourer vә ajourer
hәmin köhnә sözlәrin yalnız modifikasiyası dır? Demәli,
analoji “dәyişmә” barәdә tәsәvvür sıxışdırılmış elementlә
yeni element arasında әlaqә qurmaq nәticәsindә yaranır;
lakin hәmin tәsәvvür sәhvdir, belә ki, dәyişmә kimi izah olu -
nan törәmә (honor tipli) öz tәbiәti etibarilә yenitörәmә
(rėpressionnaire tipi) adlandırdıqlarımızla eynidir.
227