Page 229 - Ferdinand de Sössür_Layout 1
P. 229
Ümumi dilçilik kursu
nәticә, yәni danışanın öz fikirlәrini ifadә etmәk üçün bәda -
hәtәn söylәdiyi forma. Yalnız bu nәticә nitq sahәsinә aiddir.
Demәli, analogiyanın timsalında biz bir daha әmin olduq
ki, dil ilә nitqi fәrqlәndirmәk nә qәdәr zәruridir: analogiya
nitqin dildәn asılılığını göstәrir vә bizә imkan verir ki, artıq
tәsvir etdiyimiz kimi, dil mexanizminin işinin mahiyyәtinә
nüfuz edәk. Hәr hansı yeni törәmәdәn әvvәl dilin xәzinәsindә
mühafızә olunan faktların tәhtәlşüur müqayisәsi olmalıdır,
burada törәdici formalar öz sintaqmatik vә assosiativ
münasibәtlәri sayәsindә nizamlanır.
Belәliklә, analogiya üzrә törәmә prosesinin әhәmiyyәtli
hissәsi yeni formanın tәzahürünә qәdәr davam edir. Dilin
mövcud elementlәrinin vahidlәrә bölünmәkdәn ibarәt
fasilәsiz fәaliyyәti özündә nitqin normal funksiya daşıması
üçün lazım olan bütün ilkin şәrtlәri deyil, analoji törәmә
imkanlarını ehtiva edir. Ona görә dә belә düşünmәk yanlışdır
ki, sözyaratma prosesi dәqiq olaraq yeni törәmәnin meydana
çıxdığı mәqama uyğun gәlir: yeni sözün elementlәri artıq
әvvәldәn verilmişdir. Mәnim bәdahәtәn yaratdığım söz,
mәsәlәn, in- dėcor- able ‘bәzәdilmәsi mümkün olmayan’ artıq
potensial olaraq dildә mövcuddur: onun bütün elementlәrinә
dėcor- er ‘bәzәmәk’ ; dėcor- ation ‘bәzәk’, ‘dekorasiya’ ; par-
donn- able ‘bağışlanmalı’ ; mani- able ‘onunla işlәmәk rahat
olan’, ‘çevik’ ; in- connu ‘mәlum olmayan’, in- sensė ‘düşün -
cәsiz’ vә s. kimi sintaqmlarda rast gәlinir. Vә onun nitqdә
reallaşması törәmә imkanının özü ilә müqayisәdә әhәmiy -
yәtsiz faktdır.
Yekun olaraq belә bir nәticәyә gәlirik ki, analogiya öz-
özlüyündә yalnız interpretasiya hadisәsinin aspektlәrindәn
biridir, yalnız o ümumi fәaliyyәtin xüsusi tәzahürüdür ki,
mәzmunu dil vahidlәrinin fәrqlәndirilmәsini tәmin etmәkdәn
ibarәtdir – bu cür fәrqlәndirmә dә onun üçündür ki, hәmin
vahidlәrdәn nitqdә istifadә etmәk mümkün olsun. Ona görә
dә tәsdiq edirik ki, analogiya bütövlükdә qrammatik vә
229
sinxron hadisәdir.