Page 230 - Ferdinand de Sössür_Layout 1
P. 230
Ferdinand de Sössür
Analogiyanın bu sәciyyәsi mütlәq vә nisbi sәrbәstliyi
möhkәmlәndirәn aşağıdakı qeydlәri şәrtlәndirir:
1. Bütün sözlәri tәrkib hissәlәrinә bölünmәsinә vә yeni
söz törәtmәk qabiliyyәtinә görә tәsnif etmәk mümkündür.
Sadә sözlәr öz әsas xüsusiyyәtlәrinә görә qeyri-mәhsuldardır
(müqayisә et: magasin ‘anbar’, arbre ‘ağac’, rasine ‘kök’ vә
s.) : magasinier ‘anbardar’ magasin-dәn törәmәmişdir, o, pri -
son‘hәbsxana’: prisonnier‘mәhbus’ vә s. nümunәsindәn törә miş -
dir. Eynilә dә emmagasiner ‘anbara yığmaq’ mö v cud luğuna
görә özündә maillәt ‘bәlәk’, cadre ‘çәrçivә’, capuchon ‘başlıq’
vә s. ehtiva edәn emmaillotter ‘bәlәmәk’, en cad rer ‘çәrçivәyә
salmaq’, encapuchonner ‘başlıq geyindirmәk’ vә s. ilә
analogiyaya borcludur.
Belәliklә, hәr bir dildә mәhsuldar vә “qısır” sözlәr var:
onların arasındakı tәnasüb müxtәlif olur. Ümumiyyәtlә, bu
bizi “leksik” vә “qrammatik” dillәr arasında apardığımız
bölgüyә gәtirib çıxarır. Çin dilindә sözlәr çox hallarda tәrkib
hissәlәrinә ayrılmır; әksinә, süni dildә, demәk olar ki, onların
hamısı hissәlәrә bölünür. İstәnilәn esperantoçu verilmiş kök
әsasında yeni sözlәr yaratmağa qadirdir.
2. Biz artıq göstәrdik ki, analogiya ilә hәr hansı yeni
törәmә dördkәmiyyәtli tәnasüb hesabı ilә oxşar әmәliyyat
formasında tәqdim edilә bilәr. Hәmin formuldan analogiya
hadisәsinin özünü aydınlaşdırmaq üçün olduqca tez-tez
istifadә edirlәr. Biz analogiyanı vahidlәrin mәnalı element -
lәrә bölünmә vә bunun üçün dildә mövcud olan hazır ele -
mentlәrdәn istifadә imkanı ilә aydınlaşdırmağa cәhd etdik.
Haqqında bәhs etdiyimiz bu iki konsepsiya bir-biri ilә
ziddiyyәt tәşkil edir. Əgәr tәnasüb formulunun tәtbiqi
aydınlaşdırma üçün kifayәt edirsә, onda vahidlәrin tәrkib
hissәlәrinә bölünmәsi barәdәki hipoteza nәyә lazımdır?
İndėcorable tipli bir söz törәtmәk üçün uyğun elementlәri
ayırmağa heç bir ehtiyac yoxdur: in- dėcor- able; onu
bütövlükdә götürüb bәrabәrliyә yerlәşdirmәk tamamilә
230
kifayәtdir: