Page 234 - Ferdinand de Sössür_Layout 1
P. 234
Ferdinand de Sössür
Nitqdә meydana çıxan yeni törәmәlәrin ancaq kiçik bir
hissәsi dildә qorunub saxlanır; yerdә qalanlar isә o qәdәr çox
olur ki, bütövlükdә zaman-zaman lüğәt vә qrammatikada
tama milә başqa görüntü yaradır.
Əvvәlki fәsildә aydın şәkildә göstәrdik ki, analogiya öz-
özlüyündә tәkamül amili ola bilmәz; bu heç vәchlә ona zidd
deyil ki, müәyyәn formaların başqaları ilә analogiyanın do -
ğur duğu daimi әvәzlәnmәsi dilin mәruz qaldığı dәyişmәlәr -
dә daha çox özünü göstәrәn hadisәlәrdәn biri kimi tәzahür
edir. İstәnilәn yenitörәmәnin özündәn әvvәlki elementi sıxış -
dıraraq möhkәmlәndiyi hәr bir vaxt nә isә yeni bir şey
yaranır, köhnә isә atılır – mәhz buna görә analogiya dil tәka -
mülü nәzәriyyәsindә aparıcı yer tutur.
Biz bu mәsәlәdә xüsusilә israrlı olmağı vacib sayırıq.
234