Page 238 - Ferdinand de Sössür_Layout 1
P. 238
Ferdinand de Sössür
§ 3. Analogiya yenilәşdirici vә eyni
zamanda konservativ qaynaq kimi
Şübhә yarana bilәr ki, doğrudanmı analogiyanın әhәmiy -
yәti verilәn izahdakı qәdәr böyükdür, doğrudanmı analogiya
fonetik dәyişmәlәr kimi geniş bir sahәni әhatә edir? Əslindә,
hәr bir dilin tarixi bir-birinin üzәrinә qalanmış sonsuz sayda
analoji faktlarla doludur. Vә bütövlükdә götürüldükdә hәmin
fasilәsiz yenidәnqurmalar dilin tәkamülündә sәs dәyişmәlә -
r in dәn daha әhәmiyyәtli rol oynayır.
Bununla belә, dilçi üçün daha maraqlısı odur ki, bütöv
yüzilliklәrin inkişafinı әhatә edәn analogiya ilә çoxsaylı
dәyişmәlәr, demәk olar ki, bütün köhnә elementlәr qorunub
saxlanır, lakin başqa şәkildә qaydaya salınır. Analogiya ilә
törәnәn innovasiyalar real olmaqdan daha çox ehtimal
sәciyyәsi daşıyır. Dil öz materialından kәsilib hazırlanmış ya-
maqla örtülü bir paltarı xatırladır. Əgәr fransızca nitqin
substansiyasını nәzәrә alsaq, demәk olar ki, onun 4/5-ü hind-
Avropa kökündәn gәlir; lakin uludildәn saf şәkildә, analogiya
ilә dәyişmәdәn müasir fransız dilinә gәlib çıxmış bütün
sözlәr bircә sәhifәyә yerlәşdirilә bilәr (mәsәlәn, est = *esti,
saylar vә bir neçә sözlәr, deyәk ki, ours ‘ayı’, nez ‘burun’,
pėre ‘ata’, chien ‘it’ vә s.). Fransız sözlәrinin böyük çoxluğu
daha köhnә formalardan götürülmüş sәs elementlәrinin bu vә
ya başqa tipli yeni birlәşmәlәrindәn ibarәtdir. Bu baxımdan
öz innovasiyaları üçün daha çox köhnә materialdan istifadә
etdiyinә görә analogiya – müәyyәn dәrәcәdә konservativdir.
Vә hәqiqәtәn dә, әksәr hallarda analogiya xalis konserva -
tiv amil kimi özünü göstәrir, yalnız o sahәdә fәaliyyәtini
dayandırır ki, orada әvvәlcәdәn mövcud olmuş material yeni
vahidlәrә paylanır, hәm dә elә fәaliyyәt göstәrir ki, keçmiş
formaların toxunulmazlığı qorunub saxlanır. Hәr iki halda
238
söhbәt eyni psixoloji prosesdәn gedir. Buna әmin olmaq üçün
xatırlatmaq kifayәtdir ki, analogiya prinsipi mahiyyәtcә nitq