Page 241 - Ferdinand de Sössür_Layout 1
P. 241
Ümumi dilçilik kursu
VI fәsil
XALQ ETİMOLOGİYASI
Bәzәn forması vә mәnası bizә yaxşı tanış olmayan sözlәri
tәhrif edirik; elә olur ki, nәticә etibarilә vәrdiş sözlәrin bu
cür deformasiyasını qanunilәşdirir. Deyәk ki, әski fransızca
coute- pointe ‘sırınmış yorğan’ ( soute-dәn couette ‘şin’ vә
pointe-dәn poindre ‘sınmaq’ın keçmiş zaman feli sifәti) courte-
pointe-yә dәyişmişdir, guya bu, court ‘qısa’ sifәtindәn vә
pointe ‘uc’ ismindәn ibarәt mürәkkәb söz imiş. Bu cür
innovasiyalar, nә qәdәr cәfәng olsa da, tamamilә tәsadüfi
olaraq yaranır: onlarda az anlaşılan sözü nә isә yaxşı tanış
olan sözlә tutuşduraraq tәxmini aydınlaşdırmaq imkanı var.
Hәmin hadisәyә xalq etimologiyası adı verilmişdir. İlk
baxışda bu, analogiya hadisәsindәn çox da fәrqlәnmir.
Fransızca danışan surditė ‘karlıq’ sözünün mövcudluğunu
unudaraq analogiya üzrә sourditė-ni törәdәrkәn o nәticә alınır
ki, elә bil surditė-ni yaxşı başa düşmәyib sourd ‘kar’ sifәtinin
tәәssüratı altında deformasiya etmişdir; yeganә fәrq, görünür,
ondadır ki, analogiya üzrә törәmә rasionaldır, xalq etimolo -
giyası isә müәyyәn qәdәr kor-koranә hәrәkәt edәrәk
mәntiqsizliyә, cәfәngiyyata gәtirib çıxarır.
Lakin yalnız son mülahizәlәrә aid olan bu fәrq hәlledici
deyil, daha dәrindә başqa fәrq – mahiyyәt fәrqi vardır. Vә
onun nәdәn ibarәt olduğunu göstәrmәk üçün xalq etimolo -
giyasının başlıca tiplәrinә aid bir neçә misal göstәrәk. Bu halı
araşdıraq ki, söz özünün xarici formasını dәyişmәdәn yeni
izah alır. Almanca durchbläuen ‘döymәk’ etimolojı yöndәn
bliuwan ‘doğramaq’a gedib çıxır; lakin indi onu zәrbәnin
törәtdiyi göyәrtini bildirәn blau ‘göy’ ilә әlaqәlәndirirlәr. Orta
әsrlәrdә alman dili fransızcadan aventure ‘macәra’ sözünü
almışdır. Hәmin söz almancada әvvәl äbentüre, sonra 241
Abenteuer formasını qәbul etmişdir. Sözü deformasiya etmә -