Page 244 - Ferdinand de Sössür_Layout 1
P. 244
Ferdinand de Sössür
VII fәsil
AQQLÜTİNASİYA
§1. Aqqlütinasiyanın tәrifi
Böyük әhәmiyyәtini indicә qeyd etdiyimiz analogiya ilә
yanaşı, dilin yeni vahidlәrinin yaradılmasında başqa bir amil
dә iştirak edir: aqqlütinasiya.
Söz yaradıcılığının heç bir üsulu bu iki amillә müqayisә
oluna bilmәz: yamsılama, bütünlüklә ayrı-ayrı şәxslәr
tәrәfindon analogiyanın heç bir iştirakı olmadan uydurulmuş
yeni sözlәr (mәsәlәn: qaz) vә hәtta xalq etimologiyası
hadisәsi bu baxımdan, demәk olar ki, olduqca az, hәtta çox
cüzi әhәmiyyәtә malikdir.
Aqqlütinasiya ondan ibarәtdir ki, ilkin olaraq ayrı, lakin
cümlә daxilindә bir sintaqmda tez-tez qarşılaşan iki vә ya
daha çox söz tamamilә, yaxud demәk olar ki, tamamilә
tәhlilolunmaz vahiddә qovuşur. Aqqlütinasiya belә bir pro -
sesdir; biz üsul yox, proses deyirik, ona görә ki, üsul sözündә
iradә aktı, әvvәlcәdәn qarşıya mәqsәd qoyma tәsәvvürü
olduğu halda, aqqlütinasiyanın sәciyyәvi cәhәtlәrindәn biri
mәhz mәqsәdliliyin olmamasıdır.
Bir neçә nümunә gәtirәk. Fransızca әvvәlcә iki sözlә ce
si‘ o, budur’ demişlәr, sonra isә cesi demәyә başlamışlar. Yeni
söz yaranmış, lakin onun materialı vә tәrkib elementlәri
azacıq da olsa dәyişmәmişdir. Fransızcadan nümunә : tous
jours → toujours ‘hәmişә’, au jour d’hui → aujourd’ hui
‘bugün’, dės jȃ → dėjȃ ‘artıq’, vert jus → verjus ‘turş çaxır’
vә s. Aqqlütinasiya nәticәsindә söz daxilindә hәmçinin aşağı
sәviyyәnin vahidlәri dә qaynayıb-qarışır, biz bunu artıq hind-
Avropa üstünlük dәrәcәsi *swädis- to- s vә yunan üstünlük
244
dәrәcәsi hed- isto- s nümunәsindә göstәrdik. Diqqәtlә
baxdıqda hәmin hadisәdә üç mәrhәlә müәyyәn edilir: