Page 247 - Ferdinand de Sössür_Layout 1
P. 247
Ümumi dilçilik kursu
‘bacarıram’-da iki sözün: potis sum ‘bacarıqlı varam’
qovuşmasından başqa bir şey yoxdur – bu, aqqlütinasiya
olun muş sözdür. Əksinә, signifer ‘bayraqdar’, agricola ‘әkinçi’
vә s. dildә mövcud olan nümunәlәr әsasında qurulmuş kon-
struksiyalar analogiya mәhsullarıdır. Ancaq analogiya ilә
törәmәlәrә mürәkkәb söz (=kompozit) vә düzәltmә söz (=derivat)
terminlәrindәn istifadә etmәk lazımdır.
Adәtәn, verilmiş formanın aqqlütinasiya törәmәsi olması,
yaxud analoji törәmә kimi meydana çıxması çәtin müәy -
yәnlәşir. Dilçilәr *es- mi, *es- ti, *ed- mi vә s. hind-Avropa
formaları barәdә bitib-tükәnmәyәn mübahisәlәr aparmışlar.
Hansısa uzaq keçmişlәrdә es-, ed- vә s. elementlәri әsl sözlәr
olub sonralar mi, ti vә s. başqa sözlәrlә aqqlütinasiyaya
girmişlәr, yoxsa *es- mi, *es- ti vә s. hәmin cәrgәdәn olan
başqa mürәkkәb vahidlәrdәn әxz edilmiş elementlәrlә
birlәşmә nәticәsindә meydana çıxmışdır, bu isә aqqlütina -
siyanı hind-Avropa şәkilçilәrinin törәmәsindәn әvvәlki dövrә
aparmaq demәk olardı? Tarixi sәnәdlәr olmadıqca hәmin
mәsәlә, görünür, hәll edilmәyәcәkdir.
Belә suallara yalnız tarix cavab verә bilәr. Hәr dәfә iddia
etmәyә imkan verilsә ki, bu vә ya digәr sadә element keç -
mişdә iki vә ya çox elementdәn ibarәt olmuşdur, onda
aqqlütinasiyadan danışmaqda haqlıyıq: hom ce-yә (ce
epiqrafik olaraq müşahidә edilib) gedib çıxan latınca hunc
(bu) belәdir. Lakin әlimizdә tarixi mәlumat yoxdursa, onda
nәyin aqqlütinasiya olduğunu, nәyin analogiyaya aidliyini
müәyyәn elәmәk fövqәladә dәrәcәdә çәtin olacaqdır.
247