Page 250 - Ferdinand de Sössür_Layout 1
P. 250
Ferdinand de Sössür
funksiya әldә edir. Əslindә (bunu da xüsusi olaraq qeyd
etmәk lazımdır), bütün bu yerdәyişmәlәrin hәyata keçirilmәsi
üçün heç bir fonetik dәyişmә tәlәb olunmur. Başqa tәrәfdәn,
sәs materialı heç dәyişmәsә dә, güman etmәk olmaz ki, hәr
şey yalnız mәna sferasında baş vermişdir: hansısa anlayış
zәnciri vә hansısa sәs vahidi zәncirinin vәhdәtindәn kәnarda
sintaktik hadisәlәr ola bilmәz; mәhz hәmin münasibәt bu
halda şәkilcә dәyişmiş olur. Sәslәr әvvәlkidir, mәnalı vahid -
lәr isә artıq әvvәlki deyil.
Əvvәlki sәhifәlәrdә gördüyümüz kimi işarәnin dәyişkәn -
liyi işarәlәyәnlә işarәlәnәn arasındakı münasibәtlә rin hәrә -
kәtindәn başqa bir şey deyil. Bu mülahizә yalnız sistemә
daxil olan elementlәrin dәyişkәnliyinә deyil, sistemin özünün
tәkamülünә dә tәtbiq edilә bilәr; mәhz, bütövlükdә, diaxro -
niya da elә bundan ibarәtdir.
Bununla belә, sinxron vahidlәrin yalnız konstatasiyası
hәlә dildә baş verәnlәri aydınlaşdırmaq üçün kifayәt deyil.
Diaxron vahidlәr problemi dә öz-özlüyündә mövcuddur: hәr
bir hadisәyә münasibәtdә aydınlaşdırmaq lazımdır ki, hansı
element bilavasitә transformasiyaya mәruz qalır. Biz fonetik
dәyişmәlәrlә әlaqәdar olaraq oxşar problemlә artıq qarşılaş -
mışıq: bu, xüsusi vahid kimi sözlәrlә yox, ancaq tәcrid
olunmuş fonemlәrlә bağlı idi. Diaxron hadisәlәr öz sәciyyә -
lәri baxımından rәngarәng olduqlarına görә çox sayda analoji
problemi dә hәll etmәk lazım gәlir: bununla belә, hәmin sahә
ilә hüdudlanan vahidlәrin sinxron sıradan olan vahidlәrlә
uyğunluğu vacib olmayacaq. Birinci hissәdә müәyyәn etdi -
yimiz prinsipә uyğun olaraq sinxroniya ilә diaxroniyada
vahid anlayışı eyni ola bilmәz. Əgәr biz onu hәr iki aspektdә:
statik vә tәkamül aspektlәrindә öyrәnmәmişiksә, heç bir
hald a onun mükәmmәl şәkildә qurulması mümkün deyil. Yal -
nız diaxron vahid probleminin hәlli tәkamül hadisәsinin xa -
rici görünüşünü әldә etmәyә vә onun mahiyyәtinә varmağa
im kan verәcәkdir. Sinxroniyada olduğu kimi burada da vahi -
250
diәrlә tanışlıq tәsәvvür edilәni gerçәklikdәn ayırmaq üçün
zәruridir.