Page 251 - Ferdinand de Sössür_Layout 1
P. 251
Ümumi dilçilik kursu
Son dәrәcә mürәkkәb olan başqa bir mәsәlә diaxron
eynilik mәsәlәsidir. Əslindә, verilmiş vahid özü özünün eyni
olaraq qorunub saxlanmışdır, yaxud hәmin xüsusi vahid
qalmaqda davam etmәklә yanaşı, formaca, yaxud mәzmunca
dәyişmişdir ( bütün bu hallar mümkündür). Lakin mәn bilmә -
liyәm ki, hәr hansı dövrdәn әxz edilmiş elementin, mәsәlәn,
fransızca chaud ‘isti’-nin daha erkәn dövrdәn alınmış
elementlә, mәsәlәn, latınca calidum ( calidus ‘isti’-nin tәsirlik
halı) ilә eyni olduğunu iddia edәrkәn nәyә әsaslanmalıyam.
Bu suala, әlbәttә, belә cavab verәcәklәr: calidum fonetik
qanunların fәaliyyәti sayәsindә, tәbii olaraq chaud-a çevril -
mәlidir ki, nәticәdә dә chaud = calidum. Elә bu da fonetik
eynilik adlanır. Eyni şey fransızca sevrer ‘döşdәn ayırmaq’ vә
latınca sȇparȃre ‘ayırmaq’ halına da aiddir. Əksinә, fransızca
fleurir ‘çiçәklәmәk’ ilә әlaqәdar deyәcәklәr ki, bu, *flouroir-i
vermәli olan latınca flörȇre ilә eyni deyil.
İlk baxışda elә görünür ki, bu cür uyğunluq diaxron
eynilik anlayışını ümumәn әhatә edir. Hәqiqәtdә isә qәtiyyәn
ola bilmәz ki, sәs öz-özlüyündә eyniliyә şәhadәt versin. Biz
deyәndә ki latınca mare ‘dәniz’ fransızcada mer formasına
malik olmalıdır, ona görә ki, hәr hansı a müәyyәn şәraitdә e-
yә keçir, demәli, haqlıyıq. Çünki sonda gәlәn vurğusuz e
düşür vә s. Lakin mәhz bu münasibәtlәrin (a → e, e → sıfır)
eyniliyi tәşkil etdiyini iddia etsәk, hәr şey alt- üst olar, әksinә,
mәhz mare : mer uyğunluğundan çıxış edәrәk belә bir nәticә
hasil olur ki, a e-yә keçmiş, sonda gәlәn e düşmüşdür vә s.
Əgәr Fransanın müxtәlif mahallarından olan iki fransız -
dan biri se fȃcher ‘hirslәnmәk’, o biri se fŏcher deyirsә, onların
tәlәffüzlәri arasındakı fәrq bu iki fәrqli formada eyni dil
vahidini dәrk etmәyә imkan verәn qrammatik faktlarla
müqayisәdә olduqca әhәmiyyәtsizdir. Calidum vә chand kimi
bu cür iki müxtәlif sözün diaxron eyniliyi, sadәcә, o demәk -
dir ki, bir şeydәn başqasına keçid nitq sahәsindә bir sıra
bütöv sinxron eyniliklә baş verir, hәm dә onların arasındakı
251
әlaqә, bir-birinin ardınca gәlәn fonetik dәyişmәlәrә baxma -