Page 256 - Ferdinand de Sössür_Layout 1
P. 256
Ferdinand de Sössür
B. Subyektiv tәhlil vә aşağı sәviyyә
vahidlәrinin seçilib ayrılması
Demәli, tәhlillә bağlı yalnız sinxron baxımdan çıxış
etmәklә metod müәyyәnlәşdirmәk vә tәrif vermәk olar. Biz
sözün hissәlәrinә – ön şәkilçilәrә, köklәr, әsaslar, sözdü -
zәldici vә sözdәyişdirici şәkilçilәrә aid bir sıra mülahizәlәr
söylәmәklә mәhz bunu göstәrmәk istәyirik.
Sözdәyişdirici şәkilçidәn, yәni sözü dәyişdirәn sәciyyәdәn,
başqa sözlә desәk, söz sonundakı dәyişәn formaların fәrqlәn -
dirilmәsinә xidmәt edәn elementdәn başlayaq ki, bu, ad vә
feil paradiqmasını fәrqlәndirmәyә xidmәt edir. Yunan
zeȖgnü- mi, zeȖgnü- s, zeȖgnȖ- si, zeȖgnu- men vә s. ‘atı qo -
şu ram, atı qoşursan’ vә s. tәsrifindә -mi, -s, -si vә s. söz dә -
yişdirici şәkilçilәri sadәcә olaraq ona görә ayrılır ki, onlar
bir-birinә vә sözün әvvәlki hissәsinә (zeugnü-) qarşı qoyulur.
Rusca pyk (yiyәlik hal forması)un pyka formasına (adlıq halın
tәki) qarşı qoyulması nümunәsindәn artıq gördüyümüz kimi,
sözdәyişdirici şәkilçinin olmaması da onun olması qәdәr rol
oynaya bilәr. Deyәk ki, yunanca zeȖgnu-te ‘atları qoşun!’ cәm
hal formasına qarşı qoyulan zeȖgnü! ‘atları qoş!’ vә s. yaxud
rhȇtor-os formasına vә başqa formalara qarşı qoyulan
müraciәt hal forması rhȇtor! ‘natiq!’, fransızca marʃ$
(marchons yazılır) ‘getdik!’ ә qarşı qoyulan marʃ! (marche
yazılır) sıfir şәkilçili sözdәyişmә formalarıdır.
Sözdәyişdirici şәkilçini ataraq sözdәyişmәnin bazasını
(thėme de flexion) vә ya әsasını alırıq ki, ümumiyyәtlә desәk,
dәyişәn vә ya dәyişmәyәn bir sıra qohum sözlәrin bilavasitә
tutuşdurma yolu ilә ayrılan elә bir ümumi elementidir ki, bu
sözlәrlә müştәrәk olan anlayışla bağlıdır. Deyәk ki, roulis
‘lәngәr’ rouleau ‘vәrdәnә’, rouler ‘yomalamaq’, roulage
‘hamar lamaq (torpağı)’ roulement ‘bürmәlәmәk’ fransız
256 sözlәri yuvasında roul- ‘kam’ әsasını görmәk çәtin deyil.
Lakin danışanların apardığı tәhlil bir sıra hallarda eyni söz