Page 261 - Ferdinand de Sössür_Layout 1
P. 261
Ümumi dilçilik kursu
әsası tapmaq olar. Mәsәlәn, latınca dictȃtörem ‘diktatoru’ da,
әgәr onu consul-em ‘konsulu’ , ped- em ‘ayağı’ vә s. ilә tutuş -
dursaq, dictätör (- em) әsasını; әgәr lic- tötem ‘liktoru’, scrip-
tötem ‘mirzәni’ vә s. ilә yaxınlaşdırsaq, dictä (- törem) әsasını;
nәhayәt, pö- tätörem ‘içәni’ , can- tätörem ‘oxuyanı’ vә s.
xatırlasaq, dic (-tätörem) әsasını ayırmaq olar. Ümumiyyәtlә
desәk, danışanın әlverişli şәraitdә bütün fikir üzvlәnmәlәrinin
törәtmәyә әsası vardır: mәsәlәn, am- örem sevgi (tәsirlik
hal)’, ard- örem ‘od (tәsirlik halda)’ vә s.-dәn çıxış edәrәk
dictät (-örem); ör- ätörem ‘natiqi’, ar- ätörem ‘әkinçini’ vә s.-
dәn çıxış edәrәk dict (- ätörem). Artıq gördüyümüz kimi, bu
cür spontan tәhlillәrin nәticәlәri dilin tarixinin istәnilәn
dövründә daim ortaya çıxan analoji törәmәlәrdә әldә olunur:
mәhz onların әsasında dildә dәrk olunan aşağı sәviyyә
vahidlәrini (köklәr, ön vә son sözdüzәldici şәkilçilәr,
sözdәyişdirici şәkilçilәr) vә onlarla bağlı olan dәyәrliklәri
seçib ayırmaq imkanı qazanırıq.
261