Page 263 - Ferdinand de Sössür_Layout 1
P. 263

Ümumi dilçilik kursu

          elementlә bağlamaq demәkdir, dilçilikdә isә sözü aydınlaş -
          dırmaq – onu başqa sözlәrә bağlamaq demәkdir, çünki sәslәn -
          mә ilә mәna arasında zәruri münasibәt mövcud deyil
          (işarәnin sәrbәstliyi prinsipi!).
             Etimologiya ayrı-ayrı sözlәrin izahı ilә kifayәtlәnmir,
          qohum qrupdan olan sözlәrin, elәcә dә formantların, ön
          şәkilçilәrin, son şәkilçilәrin vә s. tarixi ilә mәşğul olur.
             Statik vә tәkamül dilçiliyinә oxşar olaraq, etimologiya
          faktları tәsvir edir, lakin bu tәsvir sistematik deyil, çünki
          hansısa müәyyәn bir istiqamәtdә aparılmır. Hansısa ayrıca
          bir sözü tәdqiqat predmeti kimi götürәrәk, özünә aid
          mәlumatı etimologiya gah fonetikadan, gah morfologiyadan,
          gah da semantikadan vә s. әldә edir. Mәqsәdinә çatmaq üçün
          dilçilyin sәrәncamına verdiyi bütün vasitәlәrdәn istifadә edir,
          lakin bu zaman etimologiya apardığı әmәliyyatların sәciy -
          yәsini aydınlaşdırmaqdan diqqәtini çәkmir.




























                                                                     263
   258   259   260   261   262   263   264   265   266   267   268