Page 267 - Ferdinand de Sössür_Layout 1
P. 267
Ümumi dilçilik kursu
II fәsil
COĞRAFİ MÜXTƏLİFLİKLƏRLƏ
BAĞLI DİLLƏRİN
MÜRƏKKƏBLİKLƏRİ
§1. Bir mәntәqәdә bir neçә dilin müştәrәk
mövcudluğu
İndiyә qәdәr biz dillәrin coğrafi müxtәlifliyinә onun ideal
şәklindә baxdıq: nә qәdәr әrazi varsa, o qәdәr dә dil müxtә lifliyi
var. Biz belә etmәkdә haqlı idik, ona görә ki, coğrafi bölgü dil
müxtәlifliyinin әn ümumi amilidir. İndi isә hәmin uyğunluğun
dәyişmәzliyini pozub bir neçә dilin bir әrazidә müştәrәk
mövcudluğuna gәtirәn ikincidәrәcәli hadisәlәrә keçәk.
Gerçәk, üzvi qarışmadan, iki dilin sistemini dәyişmәyә
gәtirib çıxaran qarşılıqlı nüfuzetmәdәn söhbәt getmir (mü -
qayisә et: norman istilasından sonra ingilis dili). Ciddi şә -
kildә hüdudlanmış, mәsәlәn, İsveçrәdә gördüyümüz kimi,
bütöv bir dövlәt hüdudunda qalmış bir neçә dildәn dә söhbәt
getmir. Biz yalnız o hadisәlәrә toxunacağıq ki, iki dil eyni
әrazidә yan-yana yaşayır vә bir-birinә qarışmadan yanaşı
mövcud olur. Buna olduqca tez-tez rast gәlinir vә burada iki
halı fәrqlәndirmәk lazımdır.
Hәr şeydәn әvvәl, ola bilәr ki, gәlmә әhalinin dili yerli
әhalinin dilinә yüklәnir. Deyәk ki, Cәnubi Afrikada çoxlu
sayda yerli dillә yanaşı bir-iki ardıcıl müstәmlәkәlәşdirmәk
hәrәkәtinin nәticәsi olaraq holland vә ingilis dillәri ilә
qarşılaşırıq, hәmin qayda ilә Meksikada ispan dili özünü
tәsdiq etmişdir. Elә düşünmәk olmaz ki, bu cür dil müda -
xilәlәri yalnız bizim zәmanәmiz üçün sәciyyәvidir. Bütün
zamanlarda dillәr qovuşmadan xalqların qarışması müşahidә 267
edilir. Buna әmin olmaq üçün müasir Avropanın xәritәsinә