Page 268 - Ferdinand de Sössür_Layout 1
P. 268
Ferdinand de Sössür
nәzәr salmaq kifayәtdir: İrlandiyada keltcә vә ingiliscә
danışırlar, çoxlu irland hәr iki dili bilir. Bretanda breton vә
fransız dillәri yayılmışdır, baskların vilayәtindә bask dili ilә
yanaşı fransız vә ya ispan dilindәn istifadә edilir. Finlan -
diyada keçmiş zamanlardan isveç vә fin dillәri qarşılıqlı
şәkildә mövcuddur, daha sonralar rus dili dә onlara qo -
şulmuşdur. Kurlyandiya vә Liflyandiyada latınca, almanca
vә rusca danışırlar; yeri gәlmişkәn, buraya orta әsrlәrdә
müstәmlәkәçilәrin gәtirdiyi alman dili Qanzanın fәaliyyәti
ilә bağlı olaraq bu yerlәrdә mövcud olmuş, әhalinin müәyyәn
siniflәri arasında yayılmışdır. Rus dili burada sonralar tәzahür
etmişdir. Litvada litva dili ilә yanaşı, polyak (bu ölkәnin
Polşa ilә әvvәlki ittifaqının nәticәsindә) vә rus (onun Rusiya
imperiyasına birlәşdirilmәsi nәticәsindә) dillәri qәrarla ş -
mışdır. XVIII әsrә qәdәr Almaniyanın Elbadan başlayaraq
bütün şәrq hissәsindә slavyanca vә almanca danışmışlar. Bәzi
ölkәlәrdә dillәrin qarışması daha әhәmiyyәtli olmuşdur;
Makedoniyada yerindәn asılı olaraq müxtәlif cür qarışmış әn
müxtәlif dillәrә rast gәlinir: türk, bolqar, serb, yunan, alban,
rumın vә s. Dillәr heç dә hәmişә mütlәq mәnada qarışmır:
onların hansısa vilayәtdә birgә mövcudluğu nisbi әrazi
bölgüsü imkanlarını istisna etmir. Elә olur ki, mәsәlәn, iki
dildәn biri şәhәrlәrdә, o biri kәnd yerlәrindә yayılır, lakin bu
cür bölünmә heç dә hәmişә tam aydın seçilmir. Qәdimdә dә
eyni mәnzәrә müşahidә edilmişdir. Əgәr bizim әlimizin
altında Roma imperiyasının xәritәsi olsaydı, dövrümüzlә
tamamilә oxşar olan hadisәlәri görәrdik. Deyәk ki, Kam -
panedә Roma respublikasının sonlarına doğru bu dillәrdә
danışırdılar: osk (bunu Pompey yazıları tәsdiq edir), yunan
(Neapol vә başqa şәhәrlәrin әsasını qoyanlar bu dildә
danışırlar), latın vә ola bilәr ki, romalıların hәtta gәlişinә
qәdәr bu vilayәtdә hakim olmuş etrussk dillәri. Karfagendә
puni (başqa sözlә finikiya) dili latın dili ilә yanaşı mövcud
olmaqda davam etmişdir (o, hәlә әrәb istilaları dövründә
268
müşahidә edilmişdi). Hәlә onu demirik ki, Karfagen әra -