Page 269 - Ferdinand de Sössür_Layout 1
P. 269
Ümumi dilçilik kursu
zisindә әhalinin müәyyәn hissәsi, şübhәsiz, numidiya dilindә
danışırdı. Hәtta güman etmәyә әsas var ki, qәdimdә Aralıq
dәnizi hövzәsindә birdilli ölkәlәr istisna tәşkil edirdi.
Çox hallarda dillәrin bir-birinin üstünә bu cür yığılması
istilaçıların hücumlarından irәli gәlirdi, lakin sülh yolu ilә,
müstәmlәkәçiliklә nüfuzetmә hallarına da tәsadüf olunur,
elәcә dә köçәri tayfaların miqrasiyaları yerdәyişmә lәr lә öz
lәhcәlәrini dә yayırdılar. Nümunә üçün, әsas etibarilә Mac a -
rı standa, bütöv kәndlәrdә mәskunlaşan qaraçıları göstәrmәk
olar. Onların dili araşdırılarkәn, mәlum olur ki, onlar Hin -
distandan gәlmişlәr. Dobrucada, Dunayın mәnsә bindә bu
әyalәtin linqvistik xәritәsindә kiçik lәkәciklәr kimi adda-
budda qeyd olunan tatar kәndlәrinә rast gәlinir.
269