Page 273 - Ferdinand de Sössür_Layout 1
P. 273
Ümumi dilçilik kursu
Demәli, dәyişmәlәrin araşdırılması birtәrәfli olmamalıdır;
dilçi üçün hәm bu dildәki, hәm dә o birindәki innovasiyalar
eyni şәkildә vacibdir.
Bu diferensiasiyanı törәdәn nәdir? Burada yalnız mәkanın
günahı olduğunu düşünmәk sәhv olardı. Öz-özlüyündә mәkan
dilә heç bir tәsir göstәrә bilmәz.
F-dәn F -ә üzüb gәldiklәri günün sәhәrisi müstәm -
1
lәkәçilәr eynilә әvvәl danışdıqları dildә danışırlar. Adәtәn biz
zaman amilini nәzәrdәn qaçırırıq, çünki zaman mәkan
amilindәn az konkretdir; lakin әslindә, dilin diferensiasiyası
mәhz zamanla şәrtlәnir. Coğrafi fәrqlәr zaman daxilindәki
fәrqlәrә köçürülmәlidir.
Əgәr heç zaman b→c, c→b keçidlәri olmamışsa, bizim
sxemdә b vә c elementlәrinin göstәrilәn müxtәlif әlamәtlәri
hardan gәlir? Eynilikdәn müxtәlifliyә gedәn yolu tapmaq
üçün b vә c ilә әvәzlәnmiş a başlanğıc formasına dönmәk
lazım gәlir; a öz yerini sonrakı formalara vermişdir! Belәliklә,
bütün analoji hallar üçün yararlı olan coğrafi diferensiasiya
sxemi belә bir görkәm alacaqdır:
İki lәhcәdәki coğrafi ayrılma onların dil olmaq etibarilә
fәrqlәnmәsinin yalnız üzdә olan forması olaraq qalır, onu
izah etmir. Şübhәsiz, mәkanca heç olmasa, minimal ayrılma
273
yoxdursa, heç bir dil diferensiasiya ola bilmәz; lakin ayrılma