Page 278 - Ferdinand de Sössür_Layout 1
P. 278
Ferdinand de Sössür
§3. Dialektlәrin tәbii sәrhәdlәri yoxdur
Dialektlәr barәdә adi tәsәvvür tamamilә fәrqlidir. Onları
tamamilә müәyyәn, hәr cәhәtdәn bir-birindәn kәskin şәkildә
ayrılmış vә xәritәdә tamamilә ayrı, hәm dә hәmhüdud a, b,
c, d vә s. әrazilәri olan dil tiplәri kimi tәqdim edirlәr:
Əslindә isә, tәbii dialekt dәyişikliklәri tamamilә başqa
mәnzәrә yaradır. Elә ki elm hәr bir dil hadisәsini ayıraraq
öyrәnmәyә, onun yayılma sahәsini müәyyәnlәşdirmәyә
başladı, köhnә tәsәvvürlәri yenisi ilә әvәz etmәyә ehtiyac
әmәlә gәldi, bu isә aşağıdakı qәnaәtә gәtirib çıxarır: yalnız
tәbii dialekt әlamәtlәri mövcuddur, tәbii dialektlәr isә yoxdur,
yaxud dialektlәr dә әrazilәr qәdәrdir.
Demәli, tәbii dialekt barәsindәki tәsәvvür, prinsip eti -
barilә, çox vә ya az mühüm әyalәt barәdәki tәsәvvürlә bir
yerә sığmır. İkisindәn biridir: ya dialekti onun fәrqlәndirici
әlamәtlәrinin mәcmusu ilә müәyyәn edirik – bu halda xәri -
tәdә bir mәntәqә ilә kifayәtlәnmәk vә bir yaşayış mәntә -
qәsinә uyğun şivәni dialekt hesab etmәk lazım gәlir, elә ki
ondan ayrıldıq, әlamәtlәrin hәmin mәcmusunu daha tapa
bilmәyәcәyik; vә ya dialekti hansısa bir әlamәtә görә
müәyyәn edirik – bu halda hәmin dil hadisәsinin, әlbәttә,
han sısa yayılma sahәsi alınacaq, lakin demәk olmaz ki, bu
cür üsul tamamilә sünidir vә hәmin metodla müәyyәn edilәn
sәrhәdlәr heç bir dialekt gerçәkliyinә uyğun gәlmir.
278 Dialekt xüsusiyyәtlәrinin araşdırılma nümunәsi
Jilyeronun “Atlas linguisti que de la Franse”si ola bilәcәk