Page 281 - Ferdinand de Sössür_Layout 1
P. 281
Ümumi dilçilik kursu
§4. Dillәrin tәbii sәrhәdlәri yoxdur
Dillә dialekt arasındakı fәrqin nәdәn ibarәt olduğunu
müәyyәnlәşdirmәk çәtindir. Tez-tez dialekti dil adlandırırlar,
çünki onun öz әdәbiyyatı var, portuqal vә holland dillәri
belәdir. Hәmçinin qarşılıqlı anlaşma mәsәlәsi dә müәyyәn
rol oynayır, bir-birini başa düşmәyәn şәxslәr haqqında demәk
tәbiidir ki, onlar müxtәlif dillәrdә danışırlar. Necә olursa-
olsun, dialektlәrdә özünü göstәrәn hadisәlәr arasıkәsilmәz
әrazilәrdә oturaq әhali arasında inkişaf etmiş dillәrdә dә,
yalnız geniş miqyasda nәzәrә çarpır; onlarda da hәmin
innovasiya dalğaları ilә qarşılaşırıq, lakin bu dalğalar bir neçә
dil üçün ümumi olan әrazini ehtiva edir.
Tәsәvvür olunan ideal vәziyyәtdә, dialektlәr arasında
olduğu kimi, qohum dillәr arasında da hüdud qoymaq
mümkün deyil: әrazilәrin böyük, yaxud kiçik olması rol
oynamır. Buna uyğun olaraq, yuxarı alman dialekti harada
qurtarır, aşağı alman dialektinin haradan başladığını demәk
mümkün olmadığı kimi, holland vә alman, fransız vә italyan
dillәri arasında demarkasiyon xәttin keçmәsini tәsәvvür
etmәk dә mümkün deyil. Şübhәsiz, әgәr qıraq nöqtәlәri
götürsәk, onda hәmişә әminliklә demәk olar ki, burada
fransız, burada isә italyan dili hakimdir; lakin elә ki hәmin
qıraq nöqtәlәrin arasındakı sahәlәrә düşürük, fәrqlәr silinir:
mәsәlәn, fransız vә italyan dillәri arasında keçid keyfiy -
yәtindә olan provansal dili kimi, iki dil arasında keçid
keyfiyyәtindә tәsәvvür edilәn daha çox hüdudlanmış yığcam
sahә dә real deyil. Vә әslindә, birindәn o birinә sezilmәdәn
keçәn dialektlәrlә bu başdan o başa tutulmuş әrazilәrdә dәqiq
linqvistik sәrhәdlәri dә necә vә hansı formada tәsәvvür edәk?
Dialektlәr arasında olduğu kimi, dillәr arasındakı hüdudlar
da keçid hadisәlәrindә yox olur. Necә ki dialektlәr özünü bu
vә ya digәr dilin yayıldığı әrazidә yalnız sәrbәst yarımböl -
281
mәlәr kimi tәqdim edir, elәcә dә sanki iki dili ayıran sәrhәdlәr