Page 286 - Ferdinand de Sössür_Layout 1
P. 286
Ferdinand de Sössür
mәntәqәdә doğulub, oradan radius üzrә yayılır. Bu, bizi daha
bir mühüm nәticәyә gәtirib çıxarır.
Gördüyümüz kimi, coğrafi rәngarәngliyi izah etmәk üçün
zaman amili kifayәtdir. Lakin hәmin prinsip tam ölçüdә
yalnız innovasiyanın yarandığı yerә münasibәtdә doğrudur.
Alman dilindә samitlәrin yerdәyişmәsi misalına qayıdaq. t
fonemi Almaniya әrazisinin bir mәntәqәsindә ts-ya
çevrilmәlidir ki, yeni sәs öz yaranma nöqtәsindәn sanki
şüalanmağa başlasın. Vә demәli, mәkanda bu cür hәrәkәt
vasitәsilә o, başqa mәntәqәlәrdә ondan yarana bilәcәk
әvvәlki t vә ya digәr sәslәrlә mübarizәyә girir. Öz yaranma
yerindә bu cür innovasiya xalis fonetik faktdır, lakin sonra
yeni әyalәtlәri yoluxduraraq artıq coğrafi fakt kimi yayılır.
Ona görә dә
t
↓
ts
özünün bütün sadәliyi ilә yalnız innovasiyanın baş
verdiyi mәnbә üçün yarayır: onu innovasiyanın yayılmasına
tәtbiq etmәklә, biz mәnzәrәni yalnız tәhrif edә bilәrik.
Demәli, fonetist istisnasız olaraq zaman xәtti üzәrindә
tәkamül keçirәn fonemlәrin innovasiya mәnbәyi ilә hәm
zaman, hәm dә mәkan amilinin fәaliyyәt göstәrdiyi, xalis
fonetik amil nәzәriyyәsinin yararsız olduğu “infeksiya”nın
yayılma arealını kәskin şәkildә fәrqlәndirmәlidir. Ənәnәvi t-
nın kәnardan gәlmә ts ilә әvәzlәnmәsi zamanı söhbәt әnәnәvi
prototipin dәyişmәsindәn deyil, hәmin prototipә hansısa
münasibәt bildirmәdәn qonşu şivәni tәqlid etmәkdәn gedir:
herza ‘ürәk’ forması Alplardan gәlәrәk Türinqıyada daha
qәdim herta formasını әvәz edәrkәn fonetik dәyişmәdәn
deyil, alınma fonemdәn danışmaq lazım gәlir.
286