Page 289 - Ferdinand de Sössür_Layout 1
P. 289
Ümumi dilçilik kursu
§3. Ayrılmış әrazilәrdә dil diferensiasiyası
Elә ki birdilli insan kütlәsindә daxili bağlanma qüv -
vәsinin bir dil hadisәsindәn digәrinә var-gәl etmәsinә, bütün
innovasiyaların ümumi kütlәvi yayılmaya nail olmamasına,
әrazilәrin arasıkәsilmәzliyinin daimi diferensiasiya prosesinә
maneçilik etmәmәsinә әmin olduq, yalnız bundan sonra
ayrılmış iki әrazidә paralel inkişaf edәn dil barәdә mәsәlәyә
keçә bilәrik.
Belә hadisәyә çox tez-tez rast gәlinir; mәsәlәn, elә ki
german lәhcәsi materikdәn Britaniya adalarına nüfuz elәdi,
onun tәkamülü iki müxtәlif istiqamәtdә getdi: bir tәrәfdә
(materikdә) – alman dialektlәri, o biri tәrәfdә (adalarda)
anqlosakson dili (bundan ingilis dili әmәlә gәldi). Kanadaya
gәtirilәn fransız dilini dә misal göstәrmәk olar. Dil
әlaqәlәrinin qırılması yalnız müstәmlәkәçilik, yaxud istila
nәticәsindә baş vermir, bu, tәcridolunma nәticәsindә dә
mümkündür: deyәk ki, rumın dili roman mühiti ilә әlaqәsini
itirmişdi, slavyan әhalisi onları bir-birindәn ayırmışdı. Yeri
gәlmişkәn, mәsәlә sәbәbdә deyil, hәr şeydәn әvvәl ondadır
ki, tәcrid olunmanın funksiyası aydınlaşdırılsın: bu, dillәrin
tarixindә bir rol oynayırmı? Əgәr oynayırsa, dil әrazilәrinin
arasıkәsilmәzliyi zamanı rast gәlinmәyәn nәticәlәr törәdirmi?
Zaman amilinin aparıcı fәaliyyәtini daha yaxşı aydın -
1
laşdırmaq üçün yuxarıda elә bir dil misal gәtirdik (F, F ) ki,
paralel olaraq sahәcә әhәmiyyәtsiz iki yerdә, mәsәlәn, iki
adada inkişaf edir – yәni bu halda dilin mәkanda tәdricәn
yayılmasını nәzәrә almamaq olar. Lakin elә ki bu vә ya digәr
dәrәcәdә әhәmiyyәtli sahәyә malik әraziyә müraciәt edirik,
sonuncu amilin dә fәaliyyәtә başladığını görürük ki, bu da
dialekt fәrqlәrinin tәzahürünә aparıb çıxarır. Belәliklә,
ayrılan әrazilәrin mövcudluğu ilә problem heç dә sadәlәşmir,
ayrılma amilini ondan kәnarda izah edilәcәk şeylәrә müncәr 289
etmәk olmaz.